Vəkil Xalid Bağırov hüquq müdafiəçisinə qarşı irəli sürülən ittihamları absurd adlanırıb və istintaqın tələsik saxta sübutlar hazırlamasını Rəsul Cəfərovun həbsinin siyasi sifariş olduğunu bir daha təsdiqlədiyini deyir.
Avqustun 2-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılan hüquq müdaifəçisi Rəsul Cəfərova qarşı qanunsuz sahibkarlıq, virgidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi rayon Məhkəməsində Rəsul Cəfərov barəsində 3 aylıq həbs qəti-imkan tədbirinin seçilib.
Rəsul Cəfərov 31 iyunda da İstintaq İdarəsinə çağırılaraq bir neçə saat dindirilib və həmin gün mənzilində də axtarış aparılıb.
İyunda Rəsul Cəfərovun bank hesabına həbs qoyulub və 25-də Gürcüstana tədbirə getmək istəyərkən sərhəddə ona Prokurorluğun hüquq müdafiəçisinə ölkəni tərk etməyin qadağaı edildiyi bildirilib.
Rəsul Cəfərov “Avrovizion 2012” mahnı yarışması ərəfəsində insan haqları ilə bağlı apardığı kompaniya ilə daha çox tanınmağa başlayıb. Onun rəhbəri olduğu “Art for Democracy” layihəsi çərçivəsində insan haqları mövzusunda bir sıra müsabiqələr, sərgilər təşkil olunub, filmlər və çarxlar hazırlanıb. O son dövrlər siyasi məhbus problemi ilə də məşğul idi.
Rəsul Cəfərov həm də Real-in İdarə Heyətinin üzvüdür.