Rəsul Cəfərov prezidentə müraciət etdi

“Müsbət cavab verilməcəyi təqdirdə o, bunu özündən qisas almağı davam etdirmə kimi qəbul edəcək və bir daha rəsmi şəxslərə müraciət etməyəcək”

Source:


“Müsbət cavab verilməcəyi təqdirdə o, bunu özündən qisas almağı davam etdirmə kimi qəbul edəcək və bir daha rəsmi şəxslərə müraciət etməyəcək”

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov oktyabrın 14-də prezident İlham Əliyevə müraciət edərək indiyə qədər hüquq müdafiə fəaliyyətini güclü və firavan Azərbaycan üçün həyata keçirdiyini və bundan sonra da eyni məqsədə nail olmaq üçün daha əzmlə, daha dogru, daha düzgün , daha şəffaf və geniş dialoq şəraitində davam etdirəcəyini bildirib.

Vicdan məhbusunun Facebook səhifəsində yayılan müraciətdə qeyd edilib ki, hüquq müdafiəçisi hələ həbsindən əvvəl istintaqın obyektiv aparılması üçün zəruri addımları atıb, bununla belə həbsdən azad edilməsinin İlham Əliyevdən asılı olduğunu dərk edərək prezidentdən azadlığa buraxılmasına sərəncam verməsini xahiş edib.

Eyni zamanda, Rəsul Cəfərov 15 oktyabr tarixində isə Baş Prokuror Zakir Qaralova da müraciət ünvanlayaraq avqustun 2-də seçilmiş həbs qətimkan tədbirinin yekunlaşması ilə əlaqədar ən azından ev dustaqlığına buraxılması ilə bağlı istintaq orqanına göstəriş verməsini xahiş edib. Rəsul Cəfərov müraciətdə istintaqdan yayınmadığını, zəruri ifadə və sənədləri təqdim etdiyini, daimi yaşayış yeri olduğunu və fəaliyyətinin məlum olduğunu qeyd edərək həbsdə saxlanılması üçün heç bir ciddi əsasın olmadığını qeyd edib.

Rəsul Cəfərov bildirib ki, o hüquq müdafiəçisi kimi həbsindən də əvvəl istər İlham Əliyevə, istərsə də digər rəsmi şəxslərə çoxsaylı müraciətlər ünvanlayıb. Bu müraciətin hazırda həbsdən göndərilməsi və məhz İlham Əliyev tərəfindən azadlığa buraxılmasına çağırış ittihamların siyasi motivli olduğunu bir daha sübut edir.

R. Cəfərov onu da qeyd edib ki, əgər onun azadlığa buraxılması üçün bu müraciət lazım idisə o bu müraciəti etdi, artıq cavab vermək qarşı tərəfin öhdəliyindədir.

“Yerli və beynəxalq ictimaiyyətin marağını nəzərə alaraq xüsusilə qeyd etmək istəyirəm ki, bu müraciət nə əfv ərizəsidir, nə də indiyə kimi həyata keçirdiyim layihələrə görə heç bir peşmançılıq mövqeyin əks elətdirmir. Müraciətdə qeyd etdiyim kimi bir daha bəyan edirəm ki, indiyə qədər fəaliyyətim firavan və güclü Azərbaycanı, onun insan uğrunda olub və bundan sonra da fəaliyyətimi sırf bu istiqamətdə davam etdirəcəyəm”, -deyə Cəfərov müraciətə münasibətini bildirib.

Avqustun 2-də seçilmiş həbs qətimkan tədbirinin sona yaxınlaşdığı üçün Rəsul Cəfərov belə müraciət edib və bu müraciətə müsbət cavab verilməcəyi təqdirdə Cəfərov bunu ondan qisas almağı davam etdirmə kimi qəbul edəcək və bir daha rəsmi şəxslərə müraciət etməyəcək.

Ana səhifəXəbərlərRəsul Cəfərov prezidentə müraciət etdi