Rəsul Cəfərov: Elmira Süleymanovanın açıqlaması yalandır

Novella Cəfəroğlu: ”Qanunlarda insan hüquqları təmin olunsa da, gerçəklikdə fərqli mənzərədir”

Source:
Elmira Süleymanova
Elmira Süleymanova


Novella Cəfəroğlu: ”Qanunlarda insan hüquqları təmin olunsa da, gerçəklikdə fərqli mənzərədir”

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Azərbaycanda insan hüquqlarının tam təmin olunduğunu bəyan edib.

O, bu barədə “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında danışıb.

Müvəkkil bildirib ki, ölkədə hər bir dövlət qurumunda insan hüquqları üzrə müvafiq struktur bölmələri yaranıb:

“Dövlət qurumlarında yaradılan strukturlar öz səlahiyyətləri çərçivəsində insan hüquqlarının qorunmasına çalışır”.

O, hər bir Azərbaycan vətəndaşının bütün hüquqlarının pozulmasının qarşısının alınması və ümumiyyətlə insan hüquqlarının qorunması sahəsində bütün işləri gördüyünü dilə gətirib:

“Bu günlərdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı insan hüquqları sahəsində uğurlu olan 19 ölkə sırasında Azərbaycanın da adını çəkib”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Elmir Süleymanova ilə razılaşmır.

Novella Cəfəroğlu
Novella Cəfəroğlu

O, bildirib ki, qanunlarda insan hüquqları təmin olunsa da, gerçəklikdə fərqli mənzərədir:

“Ümumiyyətlə, bütün ölkələrdə insan haqlarının tam təmin olunması qeyri-mümkündür. Tam təmin olunması barədə danışmaq absurddur. Mən bilmirəm, hörmət etdiyim Elmira Süleymanova nəyə əsasən bu bəyanatı verib”.

Hüquq müdafiəçisi Rəsul Cəfərov təəssüflənir ki, Elmira Süleymanovanın açıqlamasının heç bir əsası yoxdur və yalandır:

“Ombudsman nümayəndəliyi yaradılan zaman qarşısına qoyulan vəzifələr yerinə yetirilibmi, əlbəttə yox. Ona görə də indiki vəziyyətdə Elmira Süleymanovanın bəyanatı yalandan başqa bir şey deyil”.

“Avropa Məhkəməsinin qərarlarına baxmayaraq Azərbaycanda siyasi məhbuslar azad olunmur. Avropa Konvensiyasının 18-ci maddəsi Avropa Şurasında ən çox Azərbaycana tətbiq olunub, ortalıqda 7 iş var, söhbət siyasi motivlərlə həyata keçirilən həbslərdən gedir. Azərbaycan durumu mənfi qiymətləndirilən Rusiya və Belarusdan fərqli olaraq müstəqil vətəndaş cəmiyyətinə sıfır imkanlar yaradan ölkələrdən biridir. Media və söz azadlığının durumu haqda beynəlxalq təşkilatların hesabatları yetər və bu sadaladıqlarım haqda Elmira Süleymanovaya istənilən qədər fakt təqdim edə bilərəm”.

Rəsul Cəfərov
Rəsul Cəfərov

R.Cəfərov bəyan edib ki, heç kimdə insan haqlarının qorunmadığı şübhə doğurmur.

“Sosial sahəni götürək. İmişlidə iyunun 19-da pambıqçıların zəhərlənməsi birbaşa insan haqlarının pozulmasıdır. Ondan əvvəl Tərtər və başqa rayonda da eyni hadisə baş vermişdi. Yaxud Şamaxıda insanlar yolu bağlayıblar, bu da insanların ləyaqətli şəraitinin təmin olunmamasının təzahürüdür”.

Ana səhifəXəbərlərRəsul Cəfərov: Elmira Süleymanovanın açıqlaması yalandır