”Restoranlar müştəriyə yalnız 50-100 manatlıq menyular təqdim edir”

Yas və toy mərasimlərinin qanunla tənzimlənməsi təklif edilir

Qüdrət Həsənquliyev. Foto: arxiv
Qüdrət Həsənquliyev foto google.az
Qüdrət Həsənquliyev foto google.az


 Yas və toy mərasimlərinin qanunla tənzimlənməsi təklif edilir

“Yas və toy mərasimləri ilə bağlı da qanun qəbul etmək lazımdır”. Bunu Milli Məclisin payız sessiyasının ilk iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. O bildirib ki, bu mərasimlər xalq tərəfindən müəyyənləşdirilsə də, artıq qanunla tənzimlənməsinə ehtiyac yaranıb:

“Əks təqdirdə bu məsələlər tövsiyə ilə, verilişlə, ziyalıların çağırışı ilə həllini tapmayacaq. Bu biznesdən vəsait qazanan insanlar buna imkan vermirlər. Onlar müxtəlif bəhanələr gətirirlər və məsələ həllini tapmır. Dini ekstremizmlə bağlı qanun qəbul olunandan sonra bu sahədə vəziyyət yaxşılığa doğru dəyişdi. Odur ki, yas və toy mərasimləri ilə bağlı da qanun qəbul etmək lazımdır”.

Deputat Qüdrət Həsənquliyev də həmkarının təklifini dəstəkləyib. “Həqiqətən də bu sahədə nizam-intizam yaratmaq lazımdır. Ona görə ki, restoranlar toy, şənliklər üçün sifariş qəbul edəndə müştəri qarşısında yalnız müəyyən menyular təklif edirlər. Bu qiymətlər də ya 50, ya 70, ya 100 manatdır. Artıq yemək seçimini müştəri özü edə bilməz. Bu da ölkənin qanunvericilik fəlsəfəsinə zidd olan bir məsələdir. Məncə, bunu tənzimləməyə çox ciddi ehtiyac var” – Həsənquliyev bildirib.

Ana səhifəXəbərlər”Restoranlar müştəriyə yalnız 50-100 manatlıq menyular təqdim edir”