Respublika prokurorluğu ReAL-çıların İran diplomatıyla görüşünü araşdırır

Azər Qasımov: Yazılanlar məntiqsiz, savadsız və hüquqi baxımdan perspektivsiz işdir

Source:


Azər Qasımlı: Yazılanlar məntiqsiz, savadsız və hüquqi baxımdan perspektivsiz işdir

Baş prokuror Zakir Qaralov haqqin.az saytında dərc olunmuş “İlqar Məmmədovun əsgərləri İran tərəfə keçir” başlıqlı məqalədə əksini tapmış xüsusatlarla bağlı ciddi araşdırmalar aparılmasına dair müvafiq göstəriş verib.

Məlumatı baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov virtualaz.org-a bildirib.

Eldar Sultanovun sözlərinə görə, araşdırmalar Baş prokurorun göstərişi əsasında Baş prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi tərəfindən aparılacaq. Araşdırmaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Azər Qasımlı foto sosial şəbəkə

ReAL sədrinin müavini Azər Qasımlı Meydan TV-yə deyib ki, yazılanlar məntiqsiz, savadsız və hüquqi baxımdan perspektivsiz işdir: “Üstəlik də qeyri ciddi məsələdir. Sentyabr ayında yazmışdılar ki, biz ReAl olaraq ABŞ-dan maliyyələşirik, indi də İrandan”.

Azər Qasımlı yanvarın 28-də saat 2-də Baş Prokurorluğun Ağır Cinayyətlər üzrə istintaq idarəsinə çağırlığını bildirib.

ReAL İdarə Heyətinin üzvü Natiq Cəfərli hesab edir ki, belə cəfəng və absurd iddiaları gündəmə gətirmək, sadəcə, REAL-a qarşı növbəti təzyiqdir. Hər hansı bir özünü jurnalist adlandıran kəsin sərsəmləmələrinə görə araşdırma aparmaq, ancaq təşkilatımıza qarşı təzyiqin artırılmaması deməkdir.

Natiq Cəfərli

“REAL tam şəffaf fəaliyyət göstərən təşkilatdır, heç bir araşdırmadan da çəkinmirik, sadəcə, 8 gün bundan öncə, ilk olaraq özümüz tərəfindən, öz rəsmi saytımızda yaydığımız xəbərə don geyindirib sensasiya kimi qələmə vermək günülcdür. Bu günə qədər REAL-ın ofusundə 20-ə yaxın ölkənun səfir və səfirlik nümayəndələri görüşlərdə olub, siyasi təşkilatın işlərindən biri də görüşlər keçirməkdir. İran səfirliyinin nümayəndəsi özü görüş istəmişdi, ofisdə 8 gün qabaq görüş oldu, görüşdə ölkələrimz arasında münasibətlər, iqtisadi, mədəni münasibətlərin perespektivləri müzakirə olundu. Səfirlik nümayəndəsinə həm Cənubi Azərbaycanda soydaşlarımızın durumu ilə bağlı, İranın işğalçı Ermənistanla bağlı isti münasibətlərə iradlarımızı da bildirmişik, Azərbaycanın dünyəvi dövlətçiliyinin bizin üçün qırmızı cizgi olduğunu da demişik. Bu, qondarma ittihamlar REAL-ın artan nüfuzuna görə növbəti təzyiq dalğasıdır.”,-deyə Cəfərli fikrini tamamlayıb.

Yanvarın 19-da İran İslam Respublikasının Azərbaycandakı səfirinin ikinci katibi Mehdi Arifzadə REAL hərəkatının mənzil-qərargahında olub və təşkilatın rəhbərliyi – icraçı direktor Natiq Cəfərli və İdarə Heyətinin üzvləri Azər Qasımlı və Erkin Qədirli ilə görüşüb. Bu görüşdən sonra

haqqın.az

saytı ReAL haqqında ittihamlar irəli sürülən yazı dərc edib.

Ana səhifəXəbərlərRespublika prokurorluğu ReAL-çıların İran diplomatıyla görüşünü araşdırır