Yoluxma sayı 2400-ü keçib
Aprelin 11-də Azərbaycanda 2414 adam COVİD-19 infeksiyasına yoluxub, 1695 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın bu barədə yaydığı məlumatda analiz nümunələri müsbət çıxan 36 nəfərin öldüyü göstərilib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 285 min 993 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
"Onlardan 250 min 708 nəfər müalicə olunaraq sağalıb, 3 min 915 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 31 min 370 nəfərdir".
Həmçinin, ötən müddətdə 3 milyon 18 min 445 testin aparıldığı qeyd olunub:
"Bugünkü test sayı isə 13 min 248-dir".