Rəsmi: Mədəniyyət Evinin direktorunun narkotik plantasiyası aşkarlanıb

“Plantasiyanın gözətçiləri, bitkilərin becərilməsi, suvarılması və kultivasiyası üçün fəhlələri olub”

Source: Meydan TV


“Plantasiyanın gözətçiləri, bitkilərin becərilməsi, suvarılması və kultivasiyası üçün fəhlələri olub”

Ağstafa Rayon Mədəniyyət Evinin direktoru Vaqif Rafiq oğlu Mehdiyev narkotik ittihamı ilə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a məmura məxsus plantasiya aşkarlanıb. Məlumatda deyilir ki, rayonun Göycəli kənd sakini, 1984-cü il təvəllüdlü V.Mehdiyev özünə məxsus torpaq sahəsində xüsusi aqrotexniki qaydada kultivasiya yolu ilə narkotik xassəli çətənə – Kannabis bitkiləri becərib. O, narkotik bitkilərin becərilməsi üçün işçi qüvvəsi də cəlb edib.

“Belə ki, plantasiyanın xüsusi mühafizəsini təşkil etmək üçün gözətçilər, bitkilərin becərilməsi, suvarılması və kultivasiyası üçün fəhlələr, eyni zamanda orda çalışan işçi heyətinə yemək bişirmək üçün aşpazlar cəlb olunub”, – məlumatda qeyd olunur.

Bildirilir ki, şahidlərin iştirakı ilə plantasiyadan 30 ədəd ümumi çəkisi 5.675 kq olan çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı V.Mehdiyev şəxsi narkotik bitkiləri şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı cinayət işi açılıb.

Meydan TV adıçəkilən şəxsin yaxınları ilə əlaqə saxlaya bilməyib. Ağstafa Regional Mədəniyyət İdarəsindən direktorun saxlanıldığı təsdiqlənib, amma plantasiya barədə məlumatsız olduqlarını deyiblər.

Ana səhifəXəbərlərRəsmi: Mədəniyyət Evinin direktorunun narkotik plantasiyası aşkarlanıb