”Rəsmi Bakının korrupsiyanı Avropa Şurasına ”ixrac etmək” cəhdləri təhlükəli haldır”

Avropa Parlamenti pul naminə Azərbaycan hakimiyyətinin vətəndaşlara qarşı amansız münasibətinə göz yuman həmkarlarının hərəkətlərindən hiddətlənib

Source:


Avropa Parlamenti pul naminə Azərbaycan hakimiyyətinin vətəndaşlara qarşı amansız münasibətinə göz yuman həmkarlarının hərəkətlərindən hiddətlənib

Avropa parlamenti siyasətçilərin ələ alınmasını pisləyib

Brüsseldə noyabrın 28-də Avropa parlamenti komitəsinin iclasında “Sloveniya və Azərbaycanda pulların yuyulması” mövzusunda dinləmələr keçirilib.

Turan agentliyinin verdiyi xəbərə əsasən, müzakirələr əsasən avropalı siyasətçilərin və müxtəlif sahələri təmsil edən xadimlərin Azərbaycan hakimiyyəti tərəfindən ələ alınması faktlarına aid

olub

.

“Landromant” adlanan böyük qalmaqal avropalı deputatların diqqətini cəlb edib. Onlar rəsmi Bakının siyasətçiləri ələ almaq praktikasını pisləyiblər.

“Ələ almaqda məqsəd avropalıların dəstəyini qazanmaq və insan hüquqlarının pozulmasına və korrupsiyaya görə Bakıya qarşı tənqidlərə yol verməməkdir”, – bu araşdırmanın müəllifləri, OCCRP-dən (Organization of Crime and Corruption Reporting Projects) jurnalistlər bildiriblər.

Avropalı deputatlar pul naminə hakimiyyətlə əməkdaşlıq edən, rəsmi Bakının öz vətəndaşlarına qarşı amansız münasibətinə göz yuman həmkarlarının hərəkətlərindən hiddətləniblər.

OCCRP jurnalist qrupunun nümayəndəsi Bakının korrupsiyanı Avropa Şurasına “ixrac etmək” və burada öz lobbisini yaratmaq cəhdlərini “təhlükəli hal” adlandırıb.

O qeyd edib ki, Azərbaycandan pul alanların hamısının adları açıqlanmayıb.

Öz növbəsində Transparency International təşkilatının nümayəndəsi bildirib ki, Azərbaycanın 4 dövlət orqanından 6000-dən çox köçürmənin əsas hissəsi Qərbə Böyük Britaniyada yaradılan dörd saxta şirkətin vasitəsilə daxil olub.

O qeyd edib ki, bankların fəaliyyətinə nəzarəti gücləndirmək, daha çox şəffaflığa nail olmaq, korrupsiyaya qarşı mübarizə baxımından pul vəsaitlərinin mənşəyi haqda hesabat verməyə məcbur etmək lazımdır.

Avropalı deputatlar bu cür halların və “avtoritar rejimlər”in maraqlarının lobbiləşdirilməsinin qarşısının alınması üçün avropalı məmurların məsuliyyətinin artırılmasının vacibliyini bildiriblər.

Ana səhifəXəbərlər”Rəsmi Bakının korrupsiyanı Avropa Şurasına ”ixrac etmək” cəhdləri təhlükəli haldır”