Rəsmi açıqlama: Hərbçilər tam heyətdə turnirdə iştirak edir

“Hərbçilərimiz turnirin bu gün üçün nəzərdə tutulan proqramında verilən tapşırıqları müvəffəqiyyətlə yerinə yetirərək dəniz və hava hədəflərini məhv etməklə “əla” nəticə göstəriblər”

Source:

“Hərbçilərimiz turnirin bu gün üçün nəzərdə tutulan proqramında verilən tapşırıqları müvəffəqiyyətlə yerinə yetirərək dəniz və hava hədəflərini məhv etməklə “əla” nəticə göstəriblər”

Bəzi kütləvi informasiya vasitələrində Xəzər dənizində keçirilən beynəlxalq hərbi oyunlarda Azərbaycan Hərbi Dəniz Qüvvələrini təmsil edən gəmilərdən birində problemin yaranması barədə yayılan məlumatlar həqiqəti tam əks etdirmir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Müdafiə Nazirliyinin mətbuat xidməti rəsmi olaraq bəyan edir ki, yaranan cüzi problem dərhal hərbi dənizçilərimiz tərəfindən yerindəcə həll olunub. Hazırda yarışlara qatılan hərbi gəmilər onlardakı silah-texnika və ekipajla tam heyətdə turnirdə iştiraklarını uğurla davam etdirirlər. Yayılan məlumatlardan tam fərqli olaraq, hərbçilərimiz turnirin bu gün üçün nəzərdə tutulan proqramında verilən tapşırıqları müvəffəqiyyətlə yerinə yetirərək dəniz və hava hədəflərini məhv etməklə “əla” nəticə göstəriblər”.

Bu gün Rusiya saytları Azərbaycanın bu ölkədə keçirilən Beynəlxalq Hərbi Oyunlar çərçivəsində “Xəzər kuboku” yarışlarına qatılan komandasının uğursuzluqla üzləşməsi barədə məlumat yayıb.

Qeyd olunub ki, Rusiya və Azərbaycan hərbi donanmalarının gəmiləri yarışların açılışını etməli idi. Ancaq yarışların açılışı Azərbaycan komandasının iştirakı olmadan baş tutub. Azərbaycan komandasının hərbi gəmisinin və silahlarının nasazlığı buna imkan verməyib.

Hərbi oyunların hakimi, general-mayor Dmitri Qorbatenko bildirib ki, Azərbaycan komandası gəmini dəyişərək öz ustalıqlarını avqustun 7-də nümayiş etdirəcəklər.

Ana səhifəXəbərlərRəsmi açıqlama: Hərbçilər tam heyətdə turnirdə iştirak edir