Rəşadət Axundov vəkili Elçin Sadıqovdan imtina etdi

Vicdan məhbusu həyat yoldaşı vasitəsilə ismarıc yollayıb

Source:


Vicdan məhbusu həyat yoldaşı vasitəsilə ismarıc yollayıb

Hazırda həbsdə olan gənc fəal, vicdan məhbusu Rəşadət Axundov vəkili Elçin Sadıqovun xidmətlərindən imtina edib. Bu barədə məlumatı onun həyat yoldaşı Türkan Hüseynova öz facebook səhifəsində yayıb: “Rəşadət zəng etmişdi, xahiş etdi çatdırım, Elçin Sadıqova indiyə kimi göstərdiyi əməyə görə təşəkkür edir. Amma indən belə onun vəkilliyindən imtina edir”.

Vəkil Elçin Sadıqov hüquq müdafiəçiləri Leyla Yunusun və Rəsul Cəfərovun hazırladığı siyasi məhbus siyahısını imzalamaqdan imtina edib. O, həmçinin müsahibə verərək, həmişə İlham Əliyevin siyasətini dəstəklədiyini bəyan edib. Müdafiə etdiyi Rəşadət Axundovun da adı həmin siyasi məhbus siyahısındadır.

Ana səhifəXəbərlərRəşadət Axundov vəkili Elçin Sadıqovdan imtina etdi