O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov barəsində həbs müddəti uzadılıb
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Səbail Rayon Məhkəməsinin qərarı ilə R. Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay artırılıb.
R. Məmmədov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən bu ilin may ayında tutulub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur. (APA)