”Rəqəmlər ölkənin neftdən asılı olduğunu göstərir”

Natiq Cəfərli: ”Büdcədə təkcə iki şirkətin – bp və ARDNŞ-nin payı 30 faizə yaxın olacaqsa, bunun özü də böyük rəqəmdir və anormal situasiyadır”

Source:
Sahib Ələkbərov
Sahib Ələkbərov
Sahib Ələkbərov
Sahib Ələkbərov


Natiq Cəfərli: ”Büdcədə təkcə iki şirkətin – bp və ARDNŞ-nin payı 30 faizə yaxın olacaqsa, bunun özü də böyük rəqəmdir və anormal situasiyadır”

“Bu ilin I rübündə Vergilər Nazirliyi dövlət büdcəsinin icrası ilə bağlı proqnoz tapşırığa 101,4 faiz əməl edib”.

 “APA-Economics” xəbər verir ki, bunu Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində KİV nümayəndələri üçün keçirilən “Açıq qapı günü” çərçivəsində vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavininin sözlərinə görə, büdcənin gəlir hissəsinin təmin olunmasında qeyri-neft sektorunun payı yüksəkdir: “Bu ilin 3 ayında qeyri-neft sektorundan daxilolmaların payı 78,5 faiz təşkil edib. Yalnız 22,5 faizi neft sektorundan daxilolmaların payına düşüb”.

S. Ələkbərov əlavə edib ki, proqnozlara görə, bu ilin sonuna neft sektorundan daxilolmalar cəmi 23 faiz təşkil edəcək.

Nazir müavinin fikirlərini Meydan TV-yə şərh edən ReAL İH-nin üzvü, iqtisadçı Natiq Cəfərli deyilən rəqəmlərdə problem görmür: “Çünki öncədən neft sektorundan büdcəyə daxilolmalarda azalma olacağı proqnozlaşdırılmışdı, səbəb də büdcədə neftin qiyməti 50 dollardan götürülmüşdü. Buna görə də gəlirlərin azalması və bu yöndən büdcəyə ödəmələrin də azalması təbiidir. Ancaq ümumi büdcənin formalaşmasında yalnız Neft Fondundan transferlər yarısını təşkil edir, nədənsə nazir müavini neft amilinin azaldığını qeyd etməyə çalışır, amma bu məqamı “unudur”. Axı büdcənin 50 faizi Neft Fondundan olan transferlərlə formalaşır. Neft sektorunun gəlirlərinə gəlincə, azalma tendensiyası qiymətlə bağlıdır”.

Natiq Cəfərli

Natiq Cəfərli düşünür ki, büdcədə təkcə iki şirkətin – bp və ARDNŞ-nin payı 30 faizə yaxın olacaqsa, bunun özü də böyük rəqəmdir və anormal situasiyadır. Yəni ölkənin neftdən nə qədər asılı olduğunun bariz olduğunu götərir.

Ana səhifəXəbərlər”Rəqəmlər ölkənin neftdən asılı olduğunu göstərir”