‘‘Reina’’ olayına görə daha 27 nəfər saxlanıb

Onların bu işdə günahlandırılan Abdulqadir Maşaripovla əlaqəli olduqları düşünülür

Source:
Reina gecə klubu – foto: realnewsone.com
Reina gecə klubu – foto: realnewsone.com


Onların bu işdə günahlandırılan Abdulqadir Maşaripovla əlaqəli olduqları düşünülür

“Reina” gecə klubuna basqına görə daha 27 nəfər saxlanıb. Həmin şəxslərin kluba hücumda günahlandırılan özbəkistanlı Abdulqadir Maşaripovla əlaqəli olduqları düşünülür.

Bu barədə “Anadolu” agentliyi yazıb. Xəbərə görə, yanvarın 18-də polis Türkiyənin Bursa şəhərində reyd keçirib, müxtəlif ünvanlarda yaşayan, əsasən Tacikistan, Özbəkistan və Qazaxıstandan olan şübhəliləri həbs edib. Onlar arasında Çindən olan uyğur türkləri də var.

Polis saxlananlardan 19-nun qadın olduğunu deyir. Onların uşaqlarını həbsxanada, xüsusi qoruma altında saxlayırlar.

Saxlananlardan birinin evindən saxta şəxsiyyət vəsiqələriylə alınmış 15 mobil telefon tapılıb. Polis bu evdəkilərin əcnəbilərlə təmas yaradan “İslam Dövləti” (İŞİD) dəstəsi üzvüylə əlaqəli olduğunu güman edir.

Yanvarın 1-də İstanbulda “Reina” gecə klubuna basqın olub. Kluba girən silahlı şəxs oradakıları güllələyib. Nəticədə 39 adamı ölüb. Ölənlərin içində bir nəfər də azərbaycanlı olub. Bu günlərdə polis həmin şəxsin həbs edildiyini bildirib. “Hürriyet” qəzeti tutulan Abdulqadir Maşaripovun cinayəti etiraf etdiyini, onu İŞİD-in təlimatlandırdığını söylədiyini yazır.

Ana səhifəXəbərlər‘‘Reina’’ olayına görə daha 27 nəfər saxlanıb