Keçmiş deputat Cümşüd Nuriyev Qarabağ döyüşləri zamanı Xanım Xəlilovanın başçılığı ilə yaradılan qadın batalyonuna “Ölkədə nə qədər ərindən boşanmış, üzr istəyirəm, küçədə qalan qadınlar var idi, bunlar kişi söyüşləri ilə orada idilər” deyib.
Batalyonun üzvü olan Firuzə Əsədullayeva deyir ki, keçmiş deputatın onlara bu sözləri deməyə heç bir ixtiyarı yoxdur. Çünki batalyonda oxumuş, təhsilli, mədəni qadınlar yer alırdı. “Cümşüd Nuriyev bizimlə orada olmayıb. Bütün vəziyyəti görməyib, bizim şəhidlər haqqında məlumatı yoxdur. Onun ixtiyarı yoxdur bizim haqqımızda belə söhbət açsın. Deyir, söyüş söyənlərdən ibarət idi o batalyonun qadınları, mən nə burada, nə də o batalyonda söyüş eşitməmişəm”.