Rəhim Qazıyev inzibati cəza alıb

Vəkili keçmiş nazirin hansı maddə ilə ittiham olunduğu barədə məlumat ala bilmədiyini deyir

Foto: sosial şəbəkə
Rəhim Qazıyev
Rəhim Qazıyev


Vəkili keçmiş nazirin hansı maddə ilə ittiham olunduğu barədə məlumat ala bilmədiyini deyir

Keçmiş müdafiə naziri Rəhim Qazıyevin 10 sutkalıq həbs cəzası aldığı bildirilir. Nərimanov rayon Polis İdarəsindən məlumatı Meydan TV-yə təsdiqləyiblər. Lakin onun hansı maddə ilə ittiham olunduğunu bildirməyiblər.

APA isə Nərimanov Rayon Məhkəməsinə istinadən keçmiş nazirin inzibati cəza aldığını

yazıb

.

R.Qazıyevin vəkili Zibeydə Sadıqova deyir ki, ona da müvəkkilinin hansı maddə ilə ittiham olunduğu barədə məlumat verilməyib:

“Rəhim Qazıyevlə görüşə bilmədim. Sabah görüşəcəyik”.

Bildirilir ki, Rəhim Qazıyev hazırda Binəqədi RPİ-nin müvəqqəti saxlama təcridxanasına aparılıb.

Sosial şəbəkələrdə onun İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis əməkdaşının qanuni tələblərinə tabe olmama) maddəsi ilə təqsirləndirildiyi bildirilsə də, rəsmi açıqlama verilmir.

Keçmiş nazir dekabrın 25-də axşam saatlarında saxlanılıb. Daxili İşlər Nazirliyindən vəkilinə onun Bakı şəhər Baş Polis İdarəsi tərəfindən saxlanıldığı bildirilib.

Rəhim Qazıyevin qardaşı Rahat Qazıyev Meydan TV-yə deyib ki, saxlanma xəbərini tanımadıqları şəxsdən alıblar:

“Həmin şəxs özünü təqdim etmədi, eləcə dedi ki, Rəhim Qaziyev Bakıda 17-ci polis bölməsindədir. Heç bir narahatçılığı yoxdur, səhərə kimi orada saxlanacaq. Bizə dedilər ki, sabah polis məntəqəsinə gəlin”.

Rahat Qazıyevin sözlərinə görə, səhər saatlarından Nərimanov rayon 17-ci polis bölməsinə getsələr də, Rəhim Qaziyevin orda olub-olmaması barəsində rəsmi məlumat ala bilməyiblər.

“Xural” qəzetinin baş redaktoru, Rəhim Qazıyevin hüquqlarını müdafiə edən Əvəz Zeynallı isə “BBC Azərbaycanca”ya bidirib ki, hələlik Rəhim Qazıyevin saxlanma səbəblərini bilmirlər, amma o ehtimal edir ki, sabiq nazirin internet televiziyalarında dərc olunan son müsahibələri buna səbəb ola

bilər

.

Rəhim Qazıyev dekabrın 21-i və 24-də “Kanal 13”-ə müsahibə verərək prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı sərt tənqid edib.

R.Qazıyevin 74 yaşı var.

Vəkil Əsabəli Mustafayev deyir ki, İnzibati Xətalar Məcəlləsinin 30.2. maddəsinə görə bir sıra şəxslərə, o cümlədən 65 yaşına çatmış kişilərə bu cəza növü tətbiq oluna bilməz. “Mənim praktikamda anoloji işlər olub. Qanun 2-ci qrup əlilə inzibati həbs tədbirinin tətbiqini qadağan etdiyi halda, mənim praktikamda 3 dəfə bu faktlar olub. Düzdür, sonuncu dəfə apelyasiya instansiyasında bu cəzanın ləğvinə nail olduq. Əvvəlki 2 dəfədə cəza sona qədər çəkildi və hökumət buna görə Avropa Məhkəməsinin qərarı ilə kompensasiya ödəyir” – deyə vəkil öz “Facebook” hesabında yazıb.

Rəhim Qazıyev 1992-1993-cü illərdə Azərbaycanın müdafiə naziri olub. O, 1995-ci il mayın 12-də o zaman qüvvədə olan Cinayət Məcəlləsinin 255-ci maddəsinin “v” (müharibə və döyüş şəraitində qulluq mövqeyindən sui- istifadə etmənin ağır nəticələrə səbəb olması) bəndi  ilə ölüm cəzasına,  88-1-ci (dövlət əmlakını və ya ictimai əmlakı xüsusi ilə külli miqdarda talama) maddəsi ilə özünə məxsus əmlakın hamısı dövlət gəlirinə müsadirə edilməklə 13 il müddətinə, 220-ci maddəsinin 2-ci (müvafiq icazə olmadan odlu silah, döyüş sursatı və ya partlayıcı maddə gəzdirmə) hissəsi  ilə 5 il müddətinə azadlıqdan məhrumolma cəzasına məhkum edilib.

2005-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb.

Ana səhifəXəbərlərRəhim Qazıyev inzibati cəza alıb