Paytaxtdan fərqli olaraq regionlarda olan teatrlar gənc aktyorların üzünə həsrət qalıb
Gənc aktyor Orxan Cahangir Azərbaycanda fəaliyyət gösətərn aktyorların həyat şəraitindəki çətinliklərdən danışır. Onun sözlərinə görə, hazırda paytaxtdan fərqli olaraq regionlarda olan teatrlarlarla gənc aktyorlar çalışmaq istəmir:
“Teatr elə bir sahədir ki, burada ürək yanmalıdır. Televiziya sahəsi də belədir. O sənəti sevirsən ona bağlısan. Ona görə elə insanalr var ki, onlar az maaşa da teatrdan ayrıla bilmir. Gələcəklə bağlı isə onu deyə bilərəm ki, bu gedişlə heç bir nəticə əldə etmək mümkün deyil. Əgər 12 il ərzində Lənkəran Dövlət Teatrına gənc aktyor gəlməyibsə söhbət ali təhsilli aktyorlardan gedir. Bundan sonra da gəlməyəcək. Gəlsə də, qalmaq müddəti çox az olacaq”.