Bu gün Respublikaçı Alternativ Hərəkatı partiya olmağa qərar verdi. Sağ və sol idelogiyaları özündə birləşdirən hərəkat partiya olduqdan sonra cümhuriyyət yaratmaq və onu parlament respublikası şəklində idarə etməyi düşünür. REAL Hərəkatının icra katibi Natiq Cəfərli bildirdi ki, partiya yaranmadan öncə qurumun Təşəbbüs Qrupu formalaşdırılacaq və sonra partiya qurulacaq.Eyni halda partiyanın təsis qurultayına qədər REAL Hərəkatı öz işini davam etdirəcək.
Bu yazı 11 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 25 Yanvar 2014 15:18
Qısa link: https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-real-partiya-olmaga-qerar-verdi.html
Ana səhifə ▸ Video ▸