”Real” MTK-nın həmtəsisçisi Akif Çovdarovun əleyhinə ifadə verdi

Vəkillər zərərçəkmişin ifadəsində ziddiyyətin olduğunu deyiblər

Source:


Vəkillər zərərçəkmişin ifadəsində ziddiyyətin olduğunu deyiblər

Aprelin 5-də Sabunçu rayon Məhkəməsində həbsdə olan MTN generalı Akif Çovdarov və nazirliyin əməkdaşları -Akif Əliyev, Orxan Osmanov və Səlim Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi iclasda “Real” mənzil-tikinti kooperativinin həmtəsisçisi olan İlham Qasımov zərərçəkmiş şəxs qismində ifadə verib. O, istintaq zamanı verdiyi ifadəni təsdiq edib. Daha sonra İlham Qasımovun istintaq zamanı verdiyi ifadə elan edilib. A.Çovdarovun vəkilləri onun ifadələri arasında ziddiyyət olduğunu deyiblər və bununla bağlı ona suallar veriblər. Lakin o suallara “xatırlamıram” cavabını verib. İ. Qasımov A. Çovdarovla arasında telefon danışığı olduğunu deyib. Vəkillər isə onlar arasında telefon danışığının olmadığını bildiriblər.

Proses aprelin 10-da davam edəcək.

İlham Qasımov  2004-cü ildən inşaat sektorunda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Qardaşı İslam isə həmin MTK-nın icraçı direktoru, Tahir Mirzəyev isə satış üzrə meneceri olub. İ.Qasımov haqda mətbuatda kifayət qədər məlumatlar yer alıb. O, daha çox mənzil alan müştərilərlə arasında yaranan problemlərlə yadda qalıb.

İş adamı ilk dəfə MTN-çilərlə 2007-ci ildə yaxından “tanış” olub. İ.Qasımovun istintaqa dediyinə görə, həmin il tanımadığı bir nəfər ona zəng edərək “qardaşın İslamla Tahir MTN-dədir, Akif Çovdarov sizi çağırır” deyib. Bununla da əvəllər tanımadığı Çovdarovla tanışlıq başlayıb.

Onun dediyinə görə, Çovdarov qardaşının dollarla ev alqı-satqısı etdiyini deyib və buna görə həbs ediləcəyini bildirib. Çovdarovla ilk görüşündə “qardaşına “podval”da “tok” veriləndə biləcəksən. Əgər buraxılmasını istəyirsənsə, 500.000 dollar verməlisən” təhdidi alan Qasımov tikintiyə yeni başladığını, bu qədər pulunun olmadığını deyib və vaxt verilməsini istəyib.

Çovdarovla uzun danışıqdan sonra 250 min dollara razılaşıblar. Qasımov elə MTN-dən rəhbəri olduğu MTK-ya zəng edərək kassasından 250 min dollar gətirilməsini istəyib. Pulu ödəyəndən sonra onları MTN-dən buraxıblar.

Qasımov deyib ki, MTN-çilər növbəti dəfə 2009-cu ilin qışında MTK-nın Xan Şuşinski küçəsində yerləşən ofisinə gələrək onu və şirkətin sənədlərini aparıblar. MTN-də Çovdarov ona qəzəbli şəkildə deyib ki, Rauf adlı şəxsə 150 min atmısan. Çovdarovun dediyinə görə, Rauf Eldar Mahmudovun yaxın dostudur, nazirin otağında çay içir. Rauf Qasımov adlı şəxsi tanımadığını desə də, xeyri olmayıb. Çovdarov bu dəfə işin yoluna qoyulması üçün Rauf adlı şəxsin pulunu – 150 mini, 100 min də öz payını istəyib. Qasımov istintaqa deyib ki, Çovdarovun bu dediyi ilə də razılaşıb və növbəti dəfə MTN-ə gəlib və pulu orada Çovdarova verib.

Qasımovun dediyinə görə, MTN-lə problemləri bununla bitməyib. Belə ki, 2011-ci ildə özünə məxsus “Real” MMC-nin mal satdığı şirkətlərdən biri məhsulların xarab olması ilə bağlı DİN-ə şikayət edib. Bu şikayət araşdırılıb, dəymiş zərər ödənilib və tərəflər arasında razılaşma əldə olunub. Bu işdən MTN də xəbər tutub. Akif Çovdarov Qasımova zəng edib “səndən şikayət var, gəl təcili MTN-ə” deyib. Eyni qaydada hədə-qorxu gələn Çovdarov bu işə görə də Qasımovdan 200 min alıb.

Akif Çovdarov

R.Qasımov ifadəsində göstərib ki, 2015-ci ilin sentyabrında həyat yoldaşı Arifə Qasımovaya zəng edərək bir neçə silahlı şəxsin evin qarşısında oğlu Nurlanı apardıqlarını deyib.

Bundan sonra R.Qasımova zəng gəlir: “Çovdarov deyir ki, Nurlan bizdədir. Gəlsin yanıma”. İş adamı deyir ki, Çovdarovun oğlunun narkotikdən istifadə etdiyini deyib və 300 min tələb edib. Ancaq sonradan ürəyi yumşalan Çovdarov ondan 50 min alıb.

Daha bir hadisə isə restoranda- İlham Qasımovun bacısı oğlunun toy məclisində baş verib.

2015-ci ilin 14 sentyabrında “Sofıya” şadlıq sarayında toy mərasimində Qasımovun dostları Tofıq İbrahimov və Namiq Orucov da iştirak edib. Qasımovun dediyinə görə, Tofıq İbrahimov Moskvada bizneslə məşğul olur və Rusiya vətəndaşıdır.

R.Qasımov toy günü yaşananları belə danışıb: “Saat 22 radələrində şadlıq evinin birinci mərtəbəsində səs-küy eşitdim. Çoxlu sayda MTN əməkdaşları əllərində silah Namiqin qollarını burub yerə uzatmışdı. Döyüb, sonra qoluna qandal vurdular. Tofiqin isə şadlıq sarayının qarşısnda olan maşınını və sürücüsü Gülağanı MTN-ə apardılar. Sonra Tofiq dostu Akif Mustafayevə zəng etdi”.

İttiham aktına görə, Akif Mustafayev “Akula Akif” ləqəbi ilə tanınıb. O, MTN rəhbərliyinə imkanlı şəxslər, sahibkarlar barəsində məlumat ötürürmüş. Bunun qarşılığında da öz payını alırmış. MTN əməliyyatlarından sonra ölkədən qaçan “Akula Akif”in hazırda Barselonada olduğu bildirilir.

“Akula Akif” bu işdə “vasitəçi” kimi özünü göstərib. Tofiq adlı biznesmendən MTN 1 milyon dollar istəyib. Sürücüsünü, avtomobilini buraxmaq və özünü həbs etməmək üçün. “Akula Akif” bu işi 300 minə həll edəcəyini deyib. Belə də olub. Tofiqin sürücüsünü və maşınını MTN-dən çıxarıblar. Sonradan məlum olub ki, MTN tutduğu digər Namiq Orucov adlı şəxsdən də 100 min dollar alıblar.

İstintaq zamanı İlham Qasımov və Akif Çovdarov üzləşdirilib. Qasımov dediklərini təkrar etsə də, Çovdarov bütün bunları inkar edib.

Ana səhifəXəbərlər”Real” MTK-nın həmtəsisçisi Akif Çovdarovun əleyhinə ifadə verdi