REAL-ın Məclis sədri saxlanılıb

Polis bölməsində Hafiz Babalıdan izahat alındıqdan sonra o, sərbəst buraxılıb

Source:



Polis bölməsində Hafiz Babalıdan izahat alındıqdan sonra o, sərbəst buraxılıb

REAL Hərəkatının Sumqayıt məclisinin sədri Hafiz Babalı və onunla bərabər olan 2 nəfəri polis  saxlayıb. Belə ki,onlar  Hərəkatın tanıtım  braşuralarını Sumqayıt şəhəri 34-cü məhəllədə olan ticarət və xidmət obyektlərinə paylayan  zaman polislər yaxınlaşıb və nə işlə məşğul olduqlarını soruşublar. Hafiz Babalı cavabında qanunsuz heç nə olmadığını, braşurada partiyanın  məramını açıqlayan və parlamentar üsul idarə formasına keçidlə bağlı fikirlərin olduğunu bildirib.

“Məni polis bölməsində 4 saata qədər saxta raport əsasında  dindirdilər. Guya braşuralar vətəndaşlara məcburən verilib. Mən isə bildirdim ki, əksinə heç bir təzyiq olmayıb, insanlar bunu məmnuniyyətlə qəbul ediblər. Bizə hansı Məcəlləyə uyğun qanun pozuntusu etdiyimizi açıqlamadılar. Məndən iltizam aldılar ki, həftənin birinci günü polis bölməsinə baş çəkim. Düşünürəm ki, bu izahat əsasında hansısa bir protokol tərtib olunacaq”-deyə Hafiz Babalı bildirib.

Ana səhifəXəbərlərREAL-ın Məclis sədri saxlanılıb