REAL-ın məclis sədri 6 sutka azadlıqdan məhrum edildi (yenilənib)

Natiq Cəfərli: “Gözləmək gərəkdir, çox güman ki, proses bitəndən sonra açıqlama yayacağıq”

Source:


İyulun 30-u səhər saatlarında Razim Rzayev Şəki şəhər məhkəməsinə gətirilib. Onun məhkəməsi arada iki dəfə fasilə verilməklə təxminən 9 saat çəkib. Sonda məhkəmə Razim Rzayevya 6 sutkalıq inzibati həbs cəzası verilməsinə dair qərar çıxarıb.


Natiq Cəfərli: “Gözləmək gərəkdir, çox güman ki, proses bitəndən sonra açıqlama yayacağıq”

REAL Hərəkatının məclis sədri Razim Rzayev polislər tərəfindən saxlanılıb.

Məlumatı Facebook səhifəsində REAL İdarə Heyətinin üzvü Natiq Cəfərli yayıb. Natiq Cəfərli Meydan TV-nin əməkdaşı ilə söhbətində bildirib ki,  REAL Hərəkatı Nuxa El Məclisinin rəhbəri Razim Rzayevin hansı səbəbdən saxlanılması hələ dəqiq deyil.

Hazırda onun məhkəməsi getdiyindən konkret heç nə deyə bilməyəcəklər: “Gözləmək gərəkdir, çox güman ki, proses bitəndən sonra açıqlama yayacağıq”.

İyulun 25-də Şəki şəhərində Respublikaçı Alternativ Partiyasının Nuxa El Məclisinin təsis yığıncağı keçirilib. Nuxa El Məclisinə mərkəzi Şəki şəhəri olmaqla Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonları daxildir.

Ana səhifəXəbərlərREAL-ın məclis sədri 6 sutka azadlıqdan məhrum edildi (yenilənib)