ReAL-ın iki üzvü saxlanılıb

”Hazırda Toğrul İsmayıl və Elşən Qasımovun harda olduqlarını araşdırırıq”

Source:


”Hazırda Toğrul İsmayıl və Elşən Qasımovun harda olduqlarını araşdırırıq”

ReAL sədrinin siyasi məsələlər üzrə katibi Azər Qasımlı öz “facebook” səhifəsində təmsil olunduğu təşkilatın iki üzvünün saxlandığı haqqında məlumat paylaşıb: “Bu dəqiqə aldığım məlumata görə referendumla bağlı yaradılmış və ilkin qeydiyyatdan keçmiş Respublikaçı Alternativ Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndəsi REAL-ın Səbail-Nəsimi Məclisinin sədri Toğrul İsmayıl və Yasamal Məclisinin sədr müavini Elşən Qasımov polis tərəfindən saxlanılıblar. Hazırda onların harda olduqlarını araşdırırıq”.

Prezident İlham Əliyev iyulun 18-də “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında sərəncam imzalayıb. Bir həftə sonra Konstitusiya Məhkəməsi layihəyə müsbət rəy verib.

Dəyişiklər prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyətinin verilməsini və prezident vəzifəsinə namizədin hazırda 35 yaş olan minimal yaş həddinin aradan qaldırılmasını nəzərdə tutur. Təklif olunan dəyişiklər arasında Azərbaycanda vitse-prezidentlik postunun yaradılması da var.

Sentyabrın 26-da Azərbaycanda referendum keçiriləcək.

Ana səhifəXəbərlərReAL-ın iki üzvü saxlanılıb