ReAL İlqar Məmmədov barədə açıqlama yaydı

“Bugünə qədər İlqar Məmmədovun ailəsi və yaxınları ilə telefonla əlaqə saxlama hüququ bərpa edilməyib”

Source:


“Bugünə qədər İlqar Məmmədovun ailəsi və yaxınları ilə telefonla əlaqə saxlama hüququ bərpa edilməyib”

Ötən həftə iki önəmli Beynəlxalq qurumun – Beynəlxalq Qırmızı Xaç nümayəndəsi və Avropa Şurası Bakı nümayəndəliyinin rəhbəri 2 saylı cəzaçəkmə müəssisəsində REAL Sədri İlqar Məmmədovla görüşüb, onun fiziki durumu və saxlanma şəraiti ilə maraqlanıblar.

Bu barədə ReAL İdarə Heyətinin yaydığı açıqlamada deyilir ki, qanunvericilikdə nəzərdə tutulmuş şəkildə, ReAL liderinin həftədə 2 dəfə telefonla əlaqə saxlamaq hüququ artıq bir aya yaxındır pozulur: “Cəzaçəkmə müəssisəsinin və pentensiar xidmətin rəhbərliyi israrla doğru olmayan məlumat verirlər ki, İlqar Məmmədovun telefondan istifadəetmə hüququ məhdudlaşdırılmayıb. Bu barədə cəzaçəkmə müəssisəsinin rəhbərliyi beynəlxalq qurumlara da doğru olmayan məlumatlar veriblər. Bugünə qədər İlqar Məmmədovun ailəsi və yaxınları ilə telefonla əlaqə saxlama hüququ bərpa edilməyib. REAL Hərəkatı olaraq İlqar Məmmədovun pozulmuş hüququnun bərpa olunmasını və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra olunmasını tələb edirik.

Ana səhifəXəbərlərReAL İlqar Məmmədov barədə açıqlama yaydı