REAL: Dövlətimizin gələcəyi üçün ciddi təhlükə yaranıb

”Toplumun azad seçiminə arxalanmayan yazılı qaydalar toplumun razılığını ifadə edə bilməz”

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə


”Toplumun azad seçiminə arxalanmayan yazılı qaydalar toplumun razılığını ifadə edə bilməz”

REAL Hərəkatı 26 sentyabr Referendumu ilə bağlı bəyanat yayıb. Cumhuriyyet.org saytının yaydığı bəyanatda deyilir:

“Biz, Respublikaçı Alternativ olaraq, cəmiyyətdə heç bir müzakirələr aparılmadan konstitusiyaya təklif edilmiş dəyişikliklərin total saxtakarlıq yolu ilə xalqa sırınmasına qəti etirazımızı bildiririk. Bu dəyişikliklər ölkəmizin qarşısında duran fundamental problemləri həll etməkdənsə, vətəndaş qarşıdurmasını və ziddiyətləri daha da dərinləşdirməyə xidmət edir. Ölkədə Cümhuriyyət dəyərlərinin sarsıdılması yolunda atılmış bu növbəti addım, dövlətimizin gələcəyi üçün ciddi təhlükələr yaradır.

Konstitusiya – təməl toplum anlaşmasıdır. Bu anlaşmada yer almalı olan qaydalar hakimiyyətin ehtiyaclarını deyil, cəmiyyətin maraqlarını ifadə etməlidir. Səsvermə günü baş vermiş ciddi pozuntular, seçicilərin əksəriyyətinin səsverməyə gəlməməsi ölkəmizdə belə bir anlaşmanın bu dəfə də baş tutmadığını aydın göstərdi. Toplumun azad seçiminə arxalanmayan yazılı qaydalar toplumun razılığını ifadə edə bilməz. Belə qaydaların yazıdan o yana keçə bilmədiyini aydın göstərən tarixi örnəklər çoxdur. Hər dəfə də vəziyyətin gərginləşməsinə görə məsuliyyət məhz hakimiyyətin üzərində olur.

Respublikaçı Alternativ olaraq bildiririk ki, konstitusiyaya edilmiş son dəyişikliklər ölkəmizdə vətəndaşla dövlət arasında olan məsafəni daha da böyütdü, hakimiyyətin məsuliyyətsizliyini artırdı, xalqın hakimiyyətdə təmsilçiliyinə əlavə əngəllər yaratdı, insan haqlarıyla bağlı durumu çətinləşdirdi. Bu dəyişikliklər dövlətimizi respublikaçılıqdan uzaqlaşdırır. Respublikaçı Alternativ olaraq, cümhuriyyət dəyərləri uğrunda işlərimizi gücləndirməyi və genişləndirməyi bütün tərəfdarlarımıza və təəssübkeşlərimizə bəyan edirik”.

Ana səhifəXəbərlərREAL: Dövlətimizin gələcəyi üçün ciddi təhlükə yaranıb