ReAL-çı prezidentin fikirlərini bölüşmədi

Natiq Cəfərli: Son aylar iş adamlarının başlarına açılan oyunlar fonunda, “ölkədə yaxşı biznes, investisiya mühiti var”, demək, ən azı, inandırıcı səslənmir

Source:


Natiq Cəfərli: Son aylar iş adamlarının başlarına açılan oyunlar fonunda, “ölkədə yaxşı biznes, investisiya mühiti var”, demək, ən azı, inandırıcı səslənmir

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli prezident İlham Əliyevin G20 sammitində çıxışı zamanı “Azərbaycanda əlverişli sərmayə mühiti, yatırım üçün yaxşı şərait yaradılıb” bəyanatını bölüşmür.

O, bu barədə Facebook səhifəsində yazıb.

Natiq Cəfərli bildirib ki, xarici investorlar hər hansı bir ölkəyə getmədən öncə ölkə haqqında geniş məlumat toplayırlar: “Məlumatda siyasi, iqtisadi, maliyyə riskləri dəyərləndirilir, perespektivlər araşdırılır, bazar öyrənilir, sonra qərar verilir. Azərbaycanda neft-qaz müqavilələri tamam başqa müstəvidə bağlanılır, onları Milli Məclis təsdiq edir, bu müqavilələr Ana Yasamızdan da üstün duruma gəlir. Amma digər sahələrdə bu belə deyil, investor ilk öncə məlumatları toplayır: 1) Məhkəmə sistemi azaddır, ya yox, 2) Korrupsuya var, ya yox, 3) Gömrük və Vergi sistemi nə vəziyyətdədir, 4) Siyasi risklər varmı, 5) İnsan haqları ilə bağlı vəziyyət necədir. Bütün investorlar hər hansı bir ölkəyə gəlmək istəyərkən Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Freedom House, Amnesty International, Human Rights Watch kimi təşkilatların hesabatlarını, Avropa Şurası, Avropa Birliyi kimi qurumların mövqe sənədlərini mütləq nəzərə alırlar. Bizim hökumət isə onları “kağız parçası” adlandırır. İnvestor ölkənin ÜTT-yə üzv olub-olmadığını araşdırır, bizimkilər də 18 ildir üzv olmamaq üçün bəhanələr uydururlar”.

İqtisadçı daha sonra qeyd edib ki, investorlar məhz sadaladığı mexanizmlə işləyir, ancaq bundan sonra investisiya qərarı verir, azad və ədalətli məhkəmə sistemi olmayan ölkələrə investor gəlmir.

O, “Son aylar iş adamlarının başlarına açılan oyunlar fonunda, “ölkədə yaxşı biznes, investisiya mühiti var”, demək, ən azı, inandırıcı səslənmir”,-deyə fikrini yekunlaşıdrıb

Ana səhifəXəbərlərReAL-çı prezidentin fikirlərini bölüşmədi