Azər Qasımlı: “Məhkəməyə şikayət göndərməyi müzakirə edirik”
Bakı Şəhər İcra Hakimiyyəti ReAL Hərəkatının qurultay keçirmək üçün 8 noyabr müraciətinə cavab verib.
İcra hakimiyyəti balansında ReAL-ın tələblərinə uyğun yer olmadığını bildirib.
ReAL İdarə Heyətinin üzvü Azər Qasımlı Meydan TV-yə deyib ki, onlar Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlərində yer göstərməyiblər, sadəcə, dekabr 3-də qurultay keçirmək üçün uyğun yer istəyiblər:
“Biz şəhər Mədəniyyət və Turizm İdarəsinə göndərdiyimiz müraciətdə Əmircan qəsəbəsindəki klubun adını qeyd etmişik. Həmin klubda bir sıra partiyalar tədbir keçirib. Əslində, Mədəniyyət və Turizm İdarəsi 15 gün ərzində cavab verməliydi. Amma göndərdiyimiz müraciətə cavab verilmədiyindən məhkəməyə şikayət göndərməyi müzakirə edirik”.
ReAL oktyabrın 29-da qurultay keçirilməsi üçün Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə müraciət etmişdi. Təşəbbüs Qrupu “Təbriz” və “Bakı” kinoteatrlarında və ya Bəhlulzadə adına Mədəniyyət Sarayında qurultay keçirilməsini istəmişdi.
Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi müraciəti rədd edərək bildirmişdi ki, təsis qurultayından ötrü istənilən məkanlardan “Təbriz” və “Bakı” kinoteatrları baş idarənin balansında deyil. Bəhlulzadə adına Mədəniyyət Sarayında isə həmin tarixdə film nümayişi olacaq.
ReAL Hərəkatı 2009-cu ildə təsis edilib. Hərəkat respublikaçılıq ideyalarını üstün tutur. Hərəkatın sədri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələrin ilə bağlı həbsə alınıb. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Ancaq o, hələ ki, azadlığa buraxılmayıb. Amma 27 noyabrda göndərdiyimiz müraciətə cavab verilmədiyindən məhkəməyə şikayət göndərməyi müzakirə edirik”.