Rauf Mirqədirovun valideynlərinin mənzilində axtarış aparılıb

Vəkil Fuad Ağayev “Bu biabırçılığa nə zaman son qoyulacaq?” deyə sual etdi

Mayın 23-də saat 12 radələrində “Zerkalo” qəzetinin həbsdə olan jurnalisti Rauf Mirqədirovun valideynlərinin mənzilində Respublika Prokurorluğun (RP) Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin əməkdaşları axtarışa başlayıblar.

Vəlil Fuad Ağayevin Facebook səhifəsində yazdığını görə, Rauf Mirqədirov həmin mənzildə heç vaxt yaşamayıb: “Ahıl atası (84 yaşı var) və anası müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. İstintaqın acizliyi o dərəcədədir ki, Raufun heç zaman yaşamadığı yerdə də axtarış aparırlar. Bəlkə onlara onun uşaqlıq şəkilləri lazımdır? Bu biabırçılığa nə zaman son qoyulacaq?”.

Axtarışla əlaqədar Meydan TV Rauf Mirqədirovun bacısı Sevinc Mirqədirova ilə əlaqə saxlayıb. S.Mirqədirova axtarış aparıldığını təsdiqləyib və telefonu RP-nin əməkdaşlarından birinə versə də, əməliyyatçı danışmaq istəməyib.

Ana səhifəVideoRauf Mirqədirovun valideynlərinin mənzilində axtarış aparılıb