Rauf Mirqədirovun həbs müddəti 4 ay uzadıldı

Fuad Ağayev həbs müddətinin uzadılması və ümumilikdə ittihamın əsassız olduğunu bildirib

Source:


Fuad Ağayev həbs müddətinin uzadılması və ümumilikdə ittihamın əsassız olduğunu bildirib

Nəsimi rayon məhkəməsi mayın 6-da jurnalist Rauf Mirqədirovun həbs müddətini daha 4 ay uzadıb. Məlumatı Meydan TV-yə verən vəkil Fuad Ağayev deyib ki, prosesdə jurnalistin özü də iştirak edib.

Fuad Ağayev həbs müddətinin uzadılması və ümumilikdə ittihamın əsassız olduğunu bildirib.

Müdafiə tərəfi qərardan apellyasiya şikayəti verəcək.

Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədən Azərbaycana deportasiya edilİb və dərhal da həbs olunub.

O Ermənistanın xeyrinə casusluq etmək, dövlətə xəyanətdə ittiham olunur.

Jurnalist ittihamı rədd edir.

Ana səhifəXəbərlərRauf Mirqədirovun həbs müddəti 4 ay uzadıldı