“Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirovun atasının evində axtarış vəkilin iştirakı olmadan aparılıb. Mayın 23-də saat 12 radələrində mənzilə gələn Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları ancaq özlərinin gətirdikləri hal şahidlərinin evə daxil olmasına icazə veriblər.
Vəkil Elmar Süleymanov Rauf Mirqədirovun valideynlərinə axtarış haqda orderin və yekun protokolun nüsxəsinin verilmədiyini deyir:
“Maraqlıdır ki, onlar evdə qızıl-zinət əşyaları, silah və narkotika olub-olmadığını soruşublar. Amma evdən heç nə tapıb aparmayıblar”.