Jurnalistin ailə üzvləri ilə əlaqə qurmasına da imkan yaradılmır
Mayın 7-də vəkil Fuad Ağayev MTN təcridxanasında saxlanılan “Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirovla görüşüb.
Fuad Ağayev Meydan TV-yə bildirib ki, Rauf Mirqədirovun səhhəti normaldır, saxlanma şəraitindən şikayəti yoxdur. Rauf Mirqədirov ailə üzvləri ilə telefon əlaqəsi saxlaya bilməməsindən və görüşə imkan yarad
ılmamasından narazıdır: “O cümlədən, jurnalistin bu günə qədər mətbuatla tanış olmaq hüququ təmin edilməyib”.
F.Ağayev deyib ki, jurnalistlə istintaqla bağlı fikir mübadiləsi aparıblar. Rauf Mirqədirov türk polisinin evində axtarış aparılmasından və həyat yoldaşının dindirilməsindən məlumatlıdır.