Vətəndaş cəmiyyətinin nümayəndələri Baş Prokurorluqdan yalnız jurnalistin atasının dəfnində iştirak üçün deyil, həbs qəti imkan tədbirinin də dəyişdirilməsi tələbini edəcəklər.
Bu haqda Meydan TV-yə hüquq müdafiəçisi Leyla Yunus bildirib. Onun sozlərinə görə, mayin 24-də bir qrup vətəndaş cəmiyyəti nümayəndələri Baş Prakurorluğun qarşısına toplaşacaqlar. Məqsəd tək “Ayna-Zerkalo” qəzetinin şərhçısı Rauf Mirqədirovun atasının dəfnində iştiraka icazə verilməsi üçün müraciət etmək deyil:
“Bizim Baş Prokurorluğun önünə gələcəyimizdən xəbər tutub, təşvişə düşüblər və belə bir yalan məlumat yayıblar ki, guya müstəntiq İbrahim Lənbəranski Raufun atasının dəfnində iştirakına icazə veriləcək. Amma biz buna inanmırıq. Bizim tələbimiz həm də istintaq dövründə Raufun həbs qəti imkan tədbirinin ləğvi və ya dəyişdirilməsidir”.
Leyla Yunus dəstək üçün vətəndaş cəmiyyəti nümayəndələrini, jurnalistləri saat 14-də Baş Prakurorluğun önündə olmağa çağırır.
Mayın 23-də Respublika Prokurorluğunun Həbibulla Mirqədirovun mənzilində apardığı axtarışdan sonra onun vəziyyəti pisləşib. Səhər saatlarında isə H.Mirqədirov vəfat edib.
Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya olunub və Bakıda həbs edilib. Jurnalistə qarşı casusluq ittihamı ilə cinayət işi açılıb.