Rauf Mirqədirov müvəqqəti azadlıqda (VİDEO)


Həbsdə olan jurnalist Rauf Mirqədirova atasının dəfnində iştiraka imkan verilib. O, 7 gün ailə üzvlərinin yanında ola biləcək.

Rauf Mirqədirov jurnalistlərə verdiyi qısa müsahibəsində ona dəstək olan hər kəsə minnətdarlığını bildirib. Atasının dəfnində iştiraka şərait yaradılmasına görə də təşəkkür edib. Rauf Mirqədirov eyni zamanda deyib ki, istintaq zamanı ona təzyiq olunmayıb.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə hesab edir ki, Rauf Mirqədirovun istintaq zamanı müvəqqəti həbsdən buraxılmasını təqsirsizliyinin sübutu kimi qiymətləndirir:

“Bu bir daha onu göstərir ki, istintaq araşdırmaları tədricən müəyyən məsələlərə aydınlıq gətirir. Əgər Raufun dövlətə, xalqa qarşı xəyanət edən adam olması haqda faktı varsa, hesab edirəm heç onu buraxmazdılar. Real, ciddi ittiham, faktlar varsa güzəşt ola bilməzdi. Mən hesab edirəm ki, deməli vəziyyət aydınlaşır və onun təqsirli olmadığı sübuta yetiriləcək, vaxt gələcək”.

Ana səhifəVideoRauf Mirqədirov müvəqqəti azadlıqda (VİDEO)