Rauf Mirqədirov İsveçrə hökumətinə müraciət edib

Vəkil jurnalistin İsveçrə hökumətindən siyasi mühacir statusu almaq üçün müraciət etdiyini bildirib

Source:
Rauf Mirqədirov foto sosial şəbəkə
Rauf Mirqədirov foto sosial şəbəkə


Vəkil jurnalistin İsveçrə hökumətindən siyasi mühacir statusu almaq üçün müraciət etdiyini bildirib

Sentyabrın 16-da ölkədən gedən keçmiş siyasi məhbus, jurnalist Rauf Mirqədirov İsveçrə hökumətinə müraciət edib.

Bu barədə vəkil Fuad Ağayev Meydan TV-yə məlumat verib.

Vəkil jurnalistin İsveçrə hökumətinə siyasi mühacir statusu almaq üçün müraciət etdiyini bildirib.

Rauf Mirqədirov martın 17-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb. R.Mirqədirovun vəkili Fuad Ağayev onun haqda bəraət verilməsini istəsə də, məhkəmənin qərarına əsasən Rauf Mirqədirov şərti azadlığa buraxılıb.

R.Mirqədirov 2014-cü ilin 19 aprelində Türkiyədə saxlanılıb və Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum olunub.

Ana səhifəXəbərlərRauf Mirqədirov İsveçrə hökumətinə müraciət edib