Rauf Mirqədirov: ”Fəal jurnalistikaya qayıdacam”

”Amma bəraət almaq üçün mübarizə aparacam”

Source:
Rauf Mirqədirov
Rauf Mirqədirov
Rauf Mirqədirov
Rauf Mirqədirov

”Amma bəraət almaq üçün mübarizə aparacam”

Martın 17-də Bakı Apellyasiya Məhkəməsinin qərarıyla azadlığa çıxan jurnalist Rauf Mirqədirov bunu tam qələbə saymasa da, azadlıqda olmağına sevinir: “Amma bəraət almaq üçün mübarizə aparacam”.

O, bu barədə Meydan TV-nin suallarını cavablandırarkən bildirib.

Rauf Mirqədirov “azad olunacağınızı gözləyirdinizmi” sualına “ümid həmişə olub, amma əminlik yoxdur” deyərək bildirib ki, əvvəllər oxşar qərarlar olub.

Keçmiş məhbus jurnalist bundan sonra da peşə fəaliyyətini davam etdirəcəyini istisna etməyib: “Yazıçı Anarın “Evləri köndələn yar” əsərində qəhrəmanlardan biri deyir ki, atamın çörəyi Allahın olmaması haqda dediyi macəralardan çıxır. Mən 30 ilə yaxındır peşəkar jurnalistikayla məşğulam, necə deyərlər, çörəyim jurnalistikadan çıxır. Bir müddət istirahətdən sonra fəal jurnalistikayla məşğul olacam. Bu mənada mənim Bakıda, yaxud xaricdə olmağımın heç bur əhəmiyyəti yoxdur”.

Jurnalist onu müdafiə edən həmkarlarına, vəkilləri Fuad Ağayev və Elmar Süleymanova, beynəlxalq təşkilatlara, anası Rəfiqə xanıma, həyat yoldaşı Adilə Babaxanova, qızlarına minnətdar olduğunu söyləyib.

Martın 17-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, jurnalistə 5 il şərti həbs cəzası verilib.

O, məhkəmə zalından azadlığa buraxılıb.

R.Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Ana səhifəXəbərlərRauf Mirqədirov: ”Fəal jurnalistikaya qayıdacam”