21 apreldə Nəsimi rayon Məhkəməsində “Ayna-Zerkalo” qəzetinin Türkiyə təmsilçisi Rauf Mirqədirov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Jurnalist Ermənistanının xüsusi xidmət orqanlarına cəsusluqda ittiham olunur. R. Mirqədirova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.
Jurnalistin vəkili Fuad Ağayev bu iddiaları absurd hesab edir. Vəkil bildirir ki, istintaq aparan orqanın əlində ittihamı sübut edəcək faktlar yoxdur.
Bu yazı 10 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 21 Aprel 2014 20:48