RATI-nin qapıları möhürlənir

Təşkilatın ofisi və zirzəmisində axtarış aparıldıqdan sonra avadanlıqları müsadirə olunub.

Source:


Təşkilatın ofisi və zirzəmisində axtarış aparıldıqdan sonra avadanlıqları müsadirə olunub.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşlarından birinin verdiyi məlumata görə, hazırda prokurorluq əməkdaşları təşkilatın qapılarını möhürləyir. Vəkil Fariz Namazlı bildirdi ki, avqustun 8-də Baş Prokurorluğun əməkdaşları təşkilatın ofisində və zirzəmisində axtarış apararaq avadanlıq və bir sıra sənədləri götürüb:

“Məhkəmənin orderi yalnız mənzildə axtarışı nəzərdə tuturdu. Lakin prokurprluğun əməkdaşları zirzəmidə də axtarış apardılar. Biz bundan apellyasiya şikayəti verəcəyik. Təşkilatla bağlı baş verənlər Baş Prokurorluğun Ədliyyə Nazirliyinin məlumatı əsasında bir sıra yerli və beynəlxalq təşkilatlara qarşı açılan eyni cinayət işinin tərkibindədir. Lakin Baş Prokurorluq cinayət işində araşdırılan təşkilatların adını açıqlamır”.

RATİ-nin rəhbəri Emin Hüseynovun həbs olunduğu xəbəri yayılmışdı. Lakin sonradan bu məlumat təsdiqini tapmadı. Hazırda Emin Hüseynovun harda olduğu bilinmir. O bir neçə gün öncə Türkiyəyə müalicəyə getmək istəyərkən ölkədən çıxmaması haqda prokurorluğun qərarı olduğu bildirilib. Təşkilatın bank hesabları da dondurulub. Sözügedən çinayət işi üzrə artıq iki QHT rəhbəri və hüquq müdafiəçiləri Rəsul Cəfərov və İntiqam Əliyev artıq həbs olunub.

Ana səhifəXəbərlərRATI-nin qapıları möhürlənir