RATİ-in mühasibi istintaqa çağrılıb

İnstitutun direktoru Emin Hüseynov və qardaşı Mehman Hüseynovla əlaqə kəsilib

Source:


İnstitutun direktoru Emin Hüseynov və qardaşı



Mehman Hüseynovla

 əlaqə kəsilib

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATI) mühasibi Tanya Kryuckina Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Məlumatı Azadlıq Radiosuna İnstitutun hüquqşünası Günay İsmayılova məlumat verib:

«O, avqustun 21-i saat 10-da istintaq idarəsində olmalıdır».

RATİ-nin hüquqşünası Günay İsmayılova 6 gün əvvəl, avqustun 14-də Baş Prokurorluqda ifadə verib. Şahid qismində ifadə verəndən sonra hüquqşünasın ölkədən çıxışına məhdudiyyət qoyulub.

Avqustun 6-da RATİ rəhbəri Emin Hüseynovun

ölkədən çıxışına qadağa qoyulub. Avqustun 8-də polis və mülki geyimlilər RATİ-nin eyni ünvanda yerləşən iki ofisində axtarış aparıb. Ofisdən kompüter və sənədlər götürülüb. Üç gün sonra isə ofisin qapıları möhürlənib. Hazırda İnstitut işini dayandırıb.

Həmin gündən RATİ-nin direktoru Emin Hüseynov və qardaşı



Mehman Hüseynovla əlaqə kəsilib, bu günə qədər onların harada olduğu bəlli deyil.

Ana səhifəXəbərlərRATİ-in mühasibi istintaqa çağrılıb