RATİ AŞPA-ni hədəfə aldı

“Təəssüf ki, repressiya başlanandan bəri biz, kəskin bir bəyanat görməmişik”

Source:


“Təəssüf ki, repressiya başlanandan bəri biz, kəskin bir bəyanat görməmişik”

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycanda tanınmış jurnalist İlqar Nəsibova qarşı baş vermiş ölümcül hücumla bağlı  şok və sarsıntı hissi keçirdiyini bildirib.

Meydan TV-yə daxil olan bəyanatda deyilir: “Xüsusi zorakılıqla törədilmiş bu hücumun baş verməsi ilə insan hüquqları sahəsindəki narahatedici vəziyyət geriyə dönüşü olmayan bir nöqtəyə çatıb. Hadisə ifadə azadlığına dəyər verən hər bir şəxs, xüsusilə də Azərbaycanda ölkənin sədrlik dövrünə təsadüf edən amansız insan hüquqları repressiyasına göz yummağa davam edən Avropa Şurası üçün “oyadıcı bir zəngdir”. İnsan hüquqlarına qarşı hücum baş verdikdə bunu pisləyən mətbuat bəyanatı vermək Avropa Şurasında həmişəki və gözlənilən bir prosedurdur. Təəssüf ki, repressiya başlanandan bəri biz, kəskin bir bəyanat görməmişik”.

RATİ hesab edir ki, Azərbaycanın geosiyasi məqsədlərinə töhfə verdiyi müddətdə öz dəyərlərinə əhəmiyyət verməyən Avropa Şurası tərəfindən xəyanətə uğradıqlarını hiss edən ölkədəki müstəqil jurnalistlər, hüquq müdafiəçiləri və fəallar ümidsizlik içindədirlər.: “Avropa Şurasının AŞPA monitorinq prosedurlarından istifadə etməklə Azərbaycandakı hüquq pozuntularını sənədləşdirməli və bu barədə hesabat verməli olması ilə yanaşı, Strasburq hazırkı rejimi insan hüquqları pozuntularına görə cavabdeh tutmaq üçün institutsional tədbirləri də nəzərdən keçirməlidir”.

İnstitut İlqar Nəsibova qarşı baş vermiş hücumu hakimiyyətin jurnalistlərə qarşı bir sıra qəddar cinayətləri araşdırmamasının birbaşa nəticəsi hesab edir: “Bu cinayətlərin sırasına Elmar Hüseynovun və Rafiq Tağının qətli, jurnalist Novruzəli Məmmədovun həbsxanada ölümünə yol verilməsi, jurnalist Xədicə İsmayılovanın davamlı təqib və təhdidə məruz qalması, onun şəxsi həyatına kobud müdaxilə, jurnalistlərə və media nümayəndələrinə qarşı yüzlərlə zorakı hücumlar daxildir”.

RATİ Avropa Şurasını və ayrı-ayrı üzv dövlətləri Azərbaycanda insan hüquqları böhranına göz yummamağa, ölkədə fundamental insan hüquq və azadlıqlarının ciddi və davamlı şəkildə pozulmasını pisləməyə çağırıb.

Ana səhifəXəbərlərRATİ AŞPA-ni hədəfə aldı