”Rasimin telefonu və pulqabı Cavid Hüseynovun menecerindədir”

Mehman Hüseynov: “ Cavid onda deyib ki, sən sağal, məsələni həll edərik”

Source:

Jurnalist Rasim Əliyevə məxsus pulqabı və telefon futbolçu Cavid Hüseynovun menecerindədir. Bu haqda bloqçu Mehman Hüseynov öz Facebook səhifəsində yazıb: “Gündüz onun yanına gedə bilmədim, ona görə gecə saat 23:40-da getmişəm. Uzanmışdı palatada, yanında da uşaqlıq dostu… Rasimdən hadisə ilə bağlı son məlumatları aldım. Rasim dedi ki, son statusla bağlı Cavid zəng eləmişdi mənə, danışdıq, vəssalam. Bir neçə dəqiqə sonra isə başqa nömrədən özünü Cavidin əmisi oğlu (bibisi oğlu) kimi təqdim edən şəxs zəng edib və deyib “Sən Cavidlə indi danışdın, noldu razılığa gəldiz?” Rasim bildirib ki, bəli, söhbət elədik, razılaşdıq. Onda həmin şəxs deyib ki, gəl bir görüşək, çay içək. Bayılda görüşürlər, 4-5 nəfər onu təkləyib döyür və telefonla pulqabını özləri ilə götürürlər. Rasim xəstəxanaya düşür. Rasim danışdı ki,  futbolçu Cavid Hüseynovla “Qəbələ” klubunun meneci yanıma ziyarətə gəlmişdilər. Cavid deyib ki, keçmiş olsun, amma mənim xəbərim yoxdu kim idi zəng edən. Onda Rasim Cavidə deyir: “Bəs o şəxs hardan bildi ki, 1 dəqiqə əvvəl səninlə danışmışam? Deməli, adam sənin tanışındı və bilirdi ki, səninlə danışdım”. Cavid onda deyib ki, sən sağal, məsələni həll edərik. Nə lazımdı edərik. Bu zaman içəri polis müstəntiqi girir, Cavid və menecerləri polisi görüb gedirlər”.

Rasimin dostu isə bu gün Mehman Hüseynova başqa məlumat verib: “Rasimin dostu bu gün mənə danışır: “Meneceri dünən saxlayıb söhbət elədim, dedim ki, indi adam döyülər də, söyülər də, onu qoyuruq kənara. Amma kişiliyiniz olsun, Rasimin telefonunu və pulqabını qaytarın. Meneceri dedi ki, 1 saatdan sonra mənimlə əlaqə saxla”. Gecə vaxtı onunla əlaqə saxlayır. Menecer adlandıran şəxs deyir ki, telefon və pulqabı məndədi, gecə 1-in yarısı Sirkin yanında görüşək, qaytarım.. Elə gecə 12 idi mən, Rasim və dostu bir yerdə idik.  Dostu dedi ki, Rasim, mən getməliyəm evə, bəlkə bir azdan gəldim. Əslində isə görüşə gedirmiş.

Mən də Rasimlə söhbətləşdim, hətta  bu vəziyyətdə belə zaraf elədi, gülərək dedi ki, “Qəbələ”- “Ponatinaykos” oynuna və 1 həftəlik Yunanıstana səfərə bilet versinlər, söhbəti bağlayaram. Saat 1-ə yaxınlaşırdı, Rasim bildiri ki, evdəkilərlə danışmalıdır, konturu yoxdu. Dedim: “Onsuz da evə gedirəm, sənə indi kontur göndərərəm”. Çıxıb getdim. 1 saatdan sonra Rasimin dostu zəng etdi ki, bəs xəstəxanadayam, Rasimi əməliyyata aparıblar, halı çox pisdir. Səhər görüşdük, menecerlə görüşü barədə spruşdum. Dedi: “Yox, o vaxtdan nə menecerlərinə zəng çatır, nə vitse-prezidentlərinə. Telefonu söndürüblər”.

Ana səhifəXəbərlər”Rasimin telefonu və pulqabı Cavid Hüseynovun menecerindədir”