”Rasimi evdən Cavid Hüseynov çıxartdırıb” (VİDEO)

Yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin məhkəmə prosesi keçirilib.

Vəkil Fariz Namazlının sözlərinə görə, məhkəmədə ifadə verən Samir Mustafayev baş vermiş hadisə ilə bağlı heç bir məlumatı olmadığını deyib.

Jurnalistin valideynləri Samir Mustafayevin hadisə yerinə Rasimi döymək məqsədi ilə gəlmədiyi barədə deyilənləri absurd adlandırır.

Təqsirləndirilənlərdən Kənan Mədətovun anası oğluna verilmiş qəsdən ağır xəsarət yetirmə maddəsinin dəyişdirilməsini istəyir.

Proses yanvarın 26-ı davam etdiriləcək.

Ana səhifəVideo”Rasimi evdən Cavid Hüseynov çıxartdırıb” (VİDEO)