Rasim Əliyevin valideynləri prezidentə müraciət edib

Jurnalistin valideynləri istintaqdan narazı olduqlarını bildiriblər

Source:


Jurnalistin valideynləri istintaqdan narazı olduqlarını bildiriblər

Müraciətdə deyilir ki, bizim və şahidlər tərəfindən  istintaqa təqdim olunmuş  çoxsaylı faktlara baxmayaraq, həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsi barədə vəsatətimizə istintaq 21.12.2015 tarixində rədd cavabı verib: “İmtinanın əsası kimi təqdim edilmiş sənədlərdə çoxsaylı ziddiyətlər var, hansılar ki, istintaq tərəfindən araşdırılmalı idi. Bu fakt bizi narahat etməyə bilməz.

Həmçinin dekabrın 22-də təqsirləndirilənlər Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126 .3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Şəhər Prokurorluğundan Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib”.

Müraciətdə daha sonra deyilir ki, Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri üzrə təqsirləndirilən digər şəxs  Cavid Hüseynova gəlincə isə,  onun işi  ayrıca icraata  ayrılaraq  məhkəməyə göndərilmək mərhələsindədir: “Bu fakt bizi narahat edir və  Cavid Hüseynovun prokurorluq tərəfindən müdafiə olunduğuna dair şübhələrimizi daha da artırır. Qanuna uyğun olaraq, əgər Cavid Hüseynov barədə cinayət işi üzrə icraat ayrılmalı idisə, bu, istintaq dövründə edilərək, bizə ayrıca iş kimi təqdim olunmalıydı. Lakin biz və qarşı tərəf  iş materialları ilə bir cinayət işi kimi tanış olmuşuq.

Cənab prezident, yuxarıda qeyd etdiyimiz narahatlıqlar sizə müraciət etməyimizə səbəb olmuşdur. Siz hadisə baş verdiyi zamandan etibarən bu işi öz şəxsi nəzarətinizə götürmüsünüz və bir qarant kimi sizdən xahiş edirik ki, oğlumuzun ölümünün səbəblərini dəqiq və qərəzsiz araşdırılmasını təmin edəsiniz”.

Ana səhifəXəbərlərRasim Əliyevin valideynləri prezidentə müraciət edib