Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı istintaq başa çatıb

Jurnalist Rasim Əliyev bir qrup şəxs tərəfindən döyüldükdən sonra xəstəxanada vəfat etmişdi

Source:


“Jurnalist Rasim Əliyev bir qrup şəxs tərəfindən döyüldükdən sonra xəstəxanada vəfat etmişdi”

Bakı şəhər sakini, jurnalist Rasim Əliyevin avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bakı Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, dekabrın 22-də Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir.

Cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılmış və məhkəməyə göndərilmək mərhələsindədir.

Ana səhifəXəbərlərRasim Əliyevin qətlə yetirilməsi ilə bağlı istintaq başa çatıb