Ramin Hacılı: Noyabrın 2-də Bakıya qayıdıram

“Qayıdan zaman məhkəməyə müraciət edəcəyəm”

Source:
Ramin Hacılı
Ramin Hacılı


“Qayıdan zaman məhkəməyə müraciət edəcəyəm”

“Mən heç bir yerə qaçmamışam. Noyabrın 2-si Bakıda olacağam”. Bu açıqlamanı Ümid Partiyasının sədr müavini, deputatlığa namizəd Ramin Hacılı öz Facebook səhifəsində yayıb.

Sədr müavini və deputatlığa namizəd bildirib ki, ciddi problem səbəbindən Türkiyəyə yollanıb: “İki gün yolda oldum. Kiməsə xəbər edə bilmədim. Yaxşı oldu, dost və düşmən kəsilən bilindi. Kiməsə borcum yoxdur. İş görürəm və bu əsnəda alınmayan işlərə görə qaytaracaqlarım var və onlar da bir həftə gözləyəcək, gəlib həll edəcəyəm”.

O, qaçması və kiməsə 18 min manat borclu olması barədə mətbuatda yayılan fikirlərə də münasibət bildirib: “Heç kimə borcum yoxdur. Qayıdan zaman məhkəməyə müraciət edəcəyəm və həqiqəti ortaya çıxaracağam. Fürsətçillik etməyin, adamın başına iş gələr. Gözləyin”.

Ana səhifəXəbərlərRamin Hacılı: Noyabrın 2-də Bakıya qayıdıram