Ramil Usubov vəzifəsindən çıxarıldı, müavini nazir oldu

71 yaşlı Ramil Usubov 1994-cü ildən daxili işlər naziri idi.

Source: meydan tv


Vilayət Eyvazov yeni daxili işlər naziridir

Daxili işlər naziri Ramil Usubov tutduğu vəzifəsindən azad edildi. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Vilayət Eyvazov daxili işlər naziri təyin olunub.

Prezidentin növbəti sərəncamı ilə Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub. Ona qədər şuranın katibi vəzifəsini Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev icra edirdi.

71 yaşlı Ramil Usubov 1994-cü ildən daxili işlər naziri idi.

51 yaşlı Vilayət Eyvazov isə 1994-cü ilin noyabr ayından Daxili İşlər Orqanlarında xidmət edir. DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2005-ci il tarixli 753 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, 2016-cı il 11 mart tarixli 1889 nömrəli Sərəncamı ilə daxili işlər nazirinin birinci müavini təyin olunmuşdu.

O, Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2014-cü il 1 iyul tarixli 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə", 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 2008-ci il 1 iyul tarixli 2912 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.

Vilayət Eyvazova Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilib.

Ana səhifəXəbərlərRamil Usubov vəzifəsindən çıxarıldı, müavini nazir oldu