Ramil Usubov bloqqeri məhkəməyə verdi (yenilənib)

Vəkil: ”İddia polisin şərəf və ləyaqətinin təhqir olunması ilə bağlıdır”

Source:


Vəkil: ”İddia polisin şərəf və ləyaqətinin təhqir olunması ilə bağlıdır”


***


13.30.


Vəkil Elçin Sadıqov yazır ki, Mehman Hüseynova qarşı xüsusi ittiham qaydasında şikayəti Nəsimi rayon polis idarəsinin rəisi Musayev Musa Oktay oğlu verib. Bloqqerrin CM-nin 147.2-ci maddəsilə məsuliyyətə cəlb olunub cəzalandırılmasını xahiş edir.


***

Daxili İşlər Nazirliyi (DİN) bloqqer Mehman Hüseynovu məhkəməyə verib. Bu barədə vəkil Elçin Sadıqov “Facebook”-da yazıb.

Vəkil bildirib ki, ona DİN-dən zəng edib, fevralın 10-da məhkəməyə gəlməsini istəyiblər:

“Polisin şərəf və ləyaqətinin təhqir olunması ilə bağlı iddianı şəxsən daxili işlər naziri Ramil Usubov özü qaldırıb”.

Vəkil bildirir ki, bu, M.Hüseynovun yanvarın 10-da polislə bağlı verdiyi açıqlamaya görədir:

“Xüsusi ittiham qaydasında edilən şikayətə Suraxanı rayon Məhkəməsində baxılacaq”.

Vəkil xüsusi ittiham qaydasında şikayəti hələ almadığını, bu gün günortadan sonra DİN-dən götürəcəyini söyləyib.

Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.

M.Hüseynov azad edildikdən sonra jurnalistlərə deyib ki, saxlanılarkən və sonra polislər ona işgəncə verib.

Nəsimi rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

Yanvarın 11-də M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.

Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb. Nazirlik açıqlama verərək “Mehman Hüseynovun aldığı nəfəs də yalandan gedib-gəlir”, – demişdi.

Ana səhifəXəbərlərRamil Usubov bloqqeri məhkəməyə verdi (yenilənib)