“Rafiq Tağı Mükafatı” təqdim edilib

Mükafatın builki sahibləri kulis.az dərgisinin redaktoru, yazar Şərif Ağayar, Azadlıq Radiosu “Oxu Zalı”nın redaktoru, yazıçı Nərmin Kamal və “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu olub

Source:


Mükafatın builki sahibləri kulis.az dərgisinin redaktoru, yazar Şərif Ağayar,  Azadlıq Radiosu “Oxu Zalı”nın redaktoru, yazıçı Nərmin Kamal və “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu olub

Noyabrın 23-də yazıçı Rafiq Tağının faciəli vəfatının 4-cü ildönümüür. Bu məqsədlə tanınmış yazarlar, media nümayəndələri, oxucular yazıçının məzarını ziyarət ediblər. Tədbirdə şair Rasim Qaraca, jurnalistlər Əvəz Zeynallı, Rövşən Hacıyev, yazıçı Azad Qaradərəli və digərləri çıxış edərək Rafiq Tağının nəsr və publisistika yaradıcılığından söz açıblar, onun Azərbaycan maarifçiliyindəki yerini dəyərləndiriblər.

Daha sonra “Dalğa” Gənclər Təşkilatının həmtəsisçisi Ramin Hacılı çıxış edərək təşkilatın ənənəvi “Rafiq Tağı mükafatı”nı sahiblərinə təqdim edib.

Mükafatın builki sahibləri kulis.az dərgisinin redaktoru, yazar Şərif Ağayar,  Azadlıq Radiosu “Oxu Zalı”nın redaktoru, yazıçı Nərmin Kamal və “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu olub.

Tədbirin sonunda R.Tağının ailə üzvləri ziyarətə gələn insanlara minnətdarlıq ediblər.

Dalğa Gənclər Hərəkatı Azərbaycanda Avropa və ümumbəşəri dəyərlərin yayılması istiqamətində fəaliyyət göstərən Rafiq Tağının əziz xatirəsinə “Rafiq Tağı Mükafatı” təsis edib.

Mükafat ölkədə Avropa və ümumbəşəri dəyərlərin yayılmasına xidmət edən şəxslərə verilir.

Ana səhifəXəbərlər“Rafiq Tağı Mükafatı” təqdim edilib