Rafiq Əliyev “Bank of Baku” ASC-də payını satdı

Bankın digər səhmdarları – “NAB Holding” MMC – 40 faiz, “Azpetrol Neft Şirkəti” MMC – 28,89 faiz və Elçin İsayevdi– 10 faiz

Source:


Bankın digər səhmdarları – “NAB Holding” MMC – 40 faiz, “Azpetrol Neft Şirkəti” MMC – 28,89 faiz və Elçin İsayevdi– 10 faiz

“Azpetrol Holding” şirkətinin keçmiş prezidenti Rafiq Əliyev “Bank of Baku” ASC-də ona məxsus iki səhm paketini satıb. Əməliyyat dekabrın 25-də Bakı Fond Birjasında baş tutub.

BFB-nın məlumatına görə, birjada qeyd edilən bankın 11,160,857 manat dəyərində yaxud nominalı 15,55 manat olan səhmlərin alqı-satqı əməliyyatı baş tutub.

Bu bankın səhmlərinin ümumi emissiyasının 21,10 faizini təşkil edir.

Alqı-satqı tərəfləri barədə məlumat verilmir. Ancaq səhmdarların strukturuna baxdıqda aydın olur ki, səhm paketi məhz mətbuatın məlumatına görə hazırda ölkədə olmayan Rafiq Əliyəvə məxsus olub. 8 il həbsdə olan və prezident İlham Əliyevin əfv etdiyi Rafiq Əliyev həbsdən çıxandan sonra Azərbaycanı tərk edib. Rafiq Əliyev şəxsən səhmlərin 10,22 faizə, ona məxsus olan “Azinvest” MMC vasitəsi ilə isə 9,89 faizə sahib idi.

2013-cü il üçün illik audit rəyinə görə, bankın digər səhmdarları – “NAB Holding” MMC – 40 faiz, “Azpetrol Neft Şirkəti” MMC – 28,89 faiz və Elçin İsayevdi– 10 faiz.

“Bank of Baku” ASC-nin səhmdar strukturu bəlli deyil. Qanunvericiliyə zidd olaraq bank korporativ saytında bu məlumatları açıqlamır (Turan İA).

Ana səhifəXəbərlərRafiq Əliyev “Bank of Baku” ASC-də payını satdı