Qusarda sərhədi pozmağa cəhd edən şəxs öldürülüb

”O, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib”

Source:


”O, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib”

İyunun 4-də, axşam saatlarında Qusarın Yuxarı Zeyxur kəndi ərazisindəki sərhəd zastavasının yaxınlığında bir nəfər Azərbaycanın dövlət sərhədini pozmağa cəhd edib.

Məlumatı Baş Prokurorluq yayıb.

Bildirilir ki, həmin şəxs 1996-cı il doğumlu Macim Mərdanoviçdir:

“Sərhəd pozucusu saxlanıldığı zaman hüquq-mühafizə orqanı əməkdaşlarına atəş açıb. O, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib”.

Məlumatda bildirilir ki, meyitin üzərinə keçirilmiş baxış zamanı 1 ədəd “Makarov” tipli tapança aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılır.

Ana səhifəXəbərlərQusarda sərhədi pozmağa cəhd edən şəxs öldürülüb