Qüds məsələsində Azərbaycanın mövqeyi İsrail ilə münasibətlərə necə təsir edəcək?

”Azərbaycan bundan sonra da İsraillə münasibətlərini inkişaf etdirməlidir”

Source:


”Azərbaycan bundan sonra da İsraillə münasibətlərini inkişaf etdirməlidir”

Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı

keçirilib

.

Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsün (Yerusəlim) İsrailin paytaxtı kimi tanınmağın zamanı gəldiyini bəyan

edib

. O, Dövlət Departamentinə diplomatik missiyanın köçürülməsi üçün hazırlıqların başlamasına göstəriş verdiyini bildirib.

ABŞ Qüdslə bağlı qərarına yenidən baxmalıdır

Azərbaycan prezidenti İlham Əliyev D.Trampın bəyanatını beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə qarşı olduğunu deyib:

“Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı bizdə böyük narahatlıq yaradır. Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır”.

İsrail ilə münasibətlərin inkişaf etməsi çətinləşəcək

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər düşünmür ki, prezident İlham Əliyevin İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) toplantısındakı çıxışı Bakı-Təl-Əviv münasibətlərinə xələl gətirəcək.

“İsrail Azərbaycanın əhalisinin müsəlman olduğunu, Türkiyə münasibətlərinin yaxınlığını və islam dünyasının Qüds olayına nə qədər həssas yanaşdığını bilir. Ümumi dalğada da Azərbaycan dövlət başçısının hərəkətinə adekvat yanaşmayacaq. Münasibətlər pisləşməyəcək, sadəcə, Azərbaycanın İsraillə münasibətləri inkişaf etdirməsi çətinləşəcək. Çünki İsrailə doğru atılan hər bir addım Türkiyə və İranda ciddi qiymətləndiriləcək və Azərbaycana diqqət artacaq”.

Sülhəddin Əkbər foto Meydan TV

S.Əkbər hesab edir ki, Azərbaycan bundan sonra İsraillə indiki münasibətlərin səviyyəsini qoruyub saxlaya bilsə, böyük iş görmüş olacaq.

O, 13 dekabr İstanbul konfransının təsiri barədə suala belə cavab verib:

“Artıq iki məsələdə addım atılıb, birinci, Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olması barədə birgə bəyanat qəbul olunub. İkinci, ABŞ-nın vasitəçi olmayacağı barədə birgə mövqenin bildirilməsi. Bunlar əhəmiyyətli məsələlərdir. Ancaq regionda vəziyyətin daha da kəskinləşəcəyi, yeni hərbi müdaxilələrin olacağı görünür. Eyni zamanda, Türkiyə-İran-Pakistan arasında birlik danışıqları güclənəcək”.

Prezidentin çıxışı Azərbaycan-İsrail münasibətlərinə xələl gətirməyəcək

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə hesab edir ki, prezident İlham Əliyevin çıxışı beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qərarlarına əsaslanıb.

Eyni zamanda, ölkə başçısı Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini, BMT TŞ-nin qətnamələrinə hörmətsiz yanaşıldığını, beynəlxalq ictimaiyyətin bu istiqamətdə reaksiyasının olmadığını dedi. Azərbaycan İsrail-Fələstin münaqişəsinin həllində beynəlxalq təşkilatlardan beynəlxalq hüquq normalarının işlədilməsini gözləyir.

Asim Mollazadə

Asim Mollazadə düşünür ki, son hadisələr BMT-nin qərarlarına əsaslanmır və prezidentin də çıxışı beynəlxalq normalar əsasında qurulub. Ona görə bu çıxış Azərbaycan-İsrail münasibətlərinə xələl gətirməyəcək:

“Azərbaycan bundan sonra da İsraillə münasibətlərini inkişaf etdirməlidir. Azərbaycanın ikinci, üçüncü dövlətlərlə münasibətləri başqa dövlətlərlə əlaqələrinə təsir göstərə bilməz, müstəqil ölkə kimi xarici siyasətimizi qurmağa qadirik. Fikir verdinizmi, dövlət başçısı dedi ki, bəzi islam ölkələri Ermənistanla əlaqələr     qurur, bu, özü-özlüyündə islam həmrəyliyinə xələl gətirir”.

İsrail 1991-ci ilin dekabrında Azərbaycanın müstəqilliyini tanıyandan sonra ikitərəfli münasibətlər qurulub.

İsrailin baş naziri Benyamin Netanyahu ilk dəfə Azərbaycana 1997-ci ildə səfər edib. Bu qısa səfər bir neçə saat çəkib, İsrailin baş nazirinin təyyarəsi Cənubi Koreyadan İsrailə geri dönərkən Bakı hava limanına enib. Qısa səfərdə Benyamin Netanyahu ilə Azərbaycanın o zamankı prezidenti Heydər Əliyev arasında görüş keçirilib.

2009-cu ildə Azərbaycana İsrailin prezidenti Şimon Peres səfər edib.

İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərsə də, Azərbaycan hələ də bu ölkədə öz səfirliyini açmayıb.

Azərbaycanın İsrail ilə sıx hərbi əməkdaşlığı var. Bugünə qədər Azərbaycan İsraildən 4 milyard 850 milyon dollar civarında hərbi texnika alıb. İmzalanmış müqavilələrin ümumi dəyəri isə 5 milyard dollardır. Azərbaycan xüsusən də İsrail istehsalı olan pilotsuz təyyarələrin imkanlarından geniş istifadə edir.

2016-cı ilin aprel döyüşləri zamanı Ermənistan ordusunun tanklarına qarşı İsrailin istehsal etdiyi yüksək dəqiqliyi olan silahlardan istifadə edilib. Bundan başqa dünyada ilk dəfə olaraq Azərbaycan İsrailin istehsalı olan kamikadze pilotsuz təyyarəsini döyüş şəraitində istifadə edib.

Ana səhifəXəbərlərQüds məsələsində Azərbaycanın mövqeyi İsrail ilə münasibətlərə necə təsir edəcək?