Qüdrət Hüseynquliyev prezidentliyə namizədliyini irəli sürüb

Daha bir deputat prezidentlik iddiasını bəyan edib

Qüdrət Həsənquliyev. Foto: arxiv
Qüdrət Həsənquliyev foto google.az
Qüdrət Həsənquliyev foto google.az


Daha bir deputat prezidentlik iddiasını bəyan edib

Bütöv Azərbaycan Xalq cəbhəsi Partiyası 11 aprel növbədənkənar prezident seçkisində sədr Qüdrət Həsənquliyevin namizədliyini irəli sürüb.

Bu barədə partiya sədrinin müavini Niyaməddin Orduxanlı Meydan TV-yə danışıb.

N.Orduxanlı bildirib ki, partiyanın İdarə Heyətinin 12 fevral toplantısında Qüdrət Həsənquliyevin namizədliyinin irəli sürülməsi müvafiq hesab edilib.

1993-cü ildən Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri, 1998-ci ildən AXCP Rəyasət heyətinin üzvü olub.

2004-cü ildə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını yaradıb.

2003, 2008 və 2013-cü illərdə keçirilən prezident seçkilərində iştirak edib.

2003, 2005 və 2010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə mandat qazanıb.

Evlidir, 2 övladı var.

Hazırda doqquz nəfərin prezidentliyə namizədlikləri irəli

sürülüb

.

Ana səhifəXəbərlərQüdrət Hüseynquliyev prezidentliyə namizədliyini irəli sürüb