Qubaya qar yağdı

Dağlıq kəndlərdə qarın 5-7 sm olduğu bildirilir

Source:


Dağlıq kəndlərdə qarın 5-7 sm olduğu bildirilir

Sentyabrın 28-nə keçən gecə Quba rayonunun dağ kəndlərinə qar yağıb. Dəniz səviyyəsindən 2000 metrdən yuxarı olan kəndlərə – Buduq, Zeyid, Əlik, Cek, Haput, Qalaxidat, Xınalıq və Xaltan zonasına yağan qarın hündürlüyü 5-7 sm olduğu bildirilir.

Quba rayonunun icra başçısı yanında Fövqəladə komissiyanın sədri Yusif Abidov “Modern.az”-a deyib ki, gecə intensiv yağan yağış qarla əvəzlənib:

“Hazırda temperatur aşağıdır. Qubada 1-2 santimetr, Xınalıqda 10 santimetrə qədər qar yağıb”.

Rayon rəsmisi rayonda elektrik, qaz problemi olmadığını, nəqliyat vasitələrinin hərəkətinin normal olduğunu bildirib.

Ana səhifəXəbərlərQubaya qar yağdı